“FETÖ bütün dünya üçün təhdiddir“
Tarix: 12.07.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


“FETÖ terror təşkilatı təkcə Türkiyə üçün deyil, bütün dünya üçün təhdiddir. Ona görə də FETÖ-yə qarşı təkcə Türkiyə yox, bütün dünya mübarizə aparmalıdır”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “TRT World Research Centre” ilə “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” (QAFSAM) tərəfindən birgə “15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə” mövzusunda təşkil etdiyi dəyirmi masada çıxış edərkən deyib.

Səfir qeyd edib ki, 15 iyul unudulmayacaq: “Həmin tarixdə Türkiyə Cümhuriyyətinə qarşı xainlik edilib. Türk millətinin hər bir fərdi 15 iyulda ölkə başçısının bir çağırışı ilə küçələrə çıxıb, canlarını xainlərin silahlarına sipər etdi. O gecə 250 nəfər şəhid oldu. Onların xatirəsini əbədi olaraq hörmət və ehtiramla anacağıq”.

Səfir dövlət çevrilişinə cəhd zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünə bildirib.

Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qeyd edib ki, bir il əvvəl qardaş Türkiyədə baş verən dövlət çevrilişi cəhdi yalnız Türkiyənin deyil, Azərbaycan xalqında da böyük təşviş yaradıb. O bildirib ki, Azərbaycan parlamenti həmin vaxt sözügedən hadisə ilə bağlı bəyanatla çıxış edib.

Türkiyə Böyük Millət Məclisinin üzvləri Necdet Ünüvar, Ayşe Kesir Azərbaycanın dəstəyi haqqında danışıb, iki ölkə arasında olan münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, 15 iyul hadisələri ilə bağlı 12 ölkədə tədbir keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”
19.04.2019
Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19.04.2019
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
18.04.2019
14 yaşlı qıza hücum edən şəxs YAP-ın üzvü deyil - RƏSMİ AÇIQLAMA
18.04.2019
Müxalifət nümayəndəsi: “Cəbhəçilər dezinformasiya yaymaqla məşğuldurlar”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info