“Həyatımıza daxil olan müxtəlif elektron cihazlar gənclərimizi kitablardan uzaqlaşdırır”
Tarix: 12.07.2017 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Yanvar-iyun aylarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) pulsuz məcburi nüsxə olaraq 994 kitab, 553 jurnal verilib. Bu müddətdə kitabxanaya 1118 kitab, 1522 jurnal, 4 kolleksiya, 22 satınalma, 64 dissertasiya, 344 avtoreferat, 154 elektron resurs hədiyyə edilib. Beynəlxalq kitab mübadiləsi çərçivəsində isə MEK-ə 388 sənəd daxil olub.
Bu barədə MEK-in kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova məlumat verib.
Kitabxanadan bildirilib ki, A.Səfərova altı ayda kitabxanaya daxil olan sənədləri təqdim edib. O, sənədlərin təqdimedilmə qaydası, təqdim olunan elektron resurslarda müəllif hüquqlarının tənzimlənməsi və sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsini, habelə sərgi salonunda sərgilənməsi və mek.az saytında işıqlandırılaraq ənənəvi və elektron kataloqa daxil edilməsini göstərən mərhələli iş mexanizmindən danışıb.
MEK-in direktoru Leyla İmanova deyib: “Müasir dövrdə həyatımıza daxil olan kompüterlər, müxtəlif elektron cihazlar gənclərimizi kitablardan uzaqlaşdırır. Gənclər kitabları daha çox elektron versiyada oxuyurlar. Bunu nəzərə alaraq, yazıçılarımız, alimlərimiz qalın kitabları yazanda yığcam bir nəticə, audio şərh ilə də təmin etsinlər ki, gənclər kitab haqqında daha tez, daha canlı informasiya əldə edərək kitabın özünə daxil olmağa, oradakı faktları araşdırmağa can atsınlar. MEK-ə daxil olan nəşrlərin statistikasında birinci yerdə hədiyyə olunan kitablar və məcburi nüsxələr durur. Kitabxananın kollektivi bu mexanizmi elə peşəkar səviyyədə qurub ki, kitabların alınmasına çox vəsait sərf etmədən onların sayını artırırıq. Əvəzində elektron resurslara abunə oluruq, sifarişlər əsasında seçilmiş kitabları alıb gətiririk. MEK-in biblioqrafik sorğular bölməsinin elektron kitabları göstərən 12 cilddən ibarət “Biblioqrafik sorğular” kitabı bu il kitabxanamızda ərsəyə gətirilərək fondlara daxil edilib”.
Bildirilib ki, iyunda MEK-ə Yaponiya, Belarus, Ukrayna, ABŞ, Almaniya, Çexiya, Çin, Türkiyə, Rumıniya, Rusiya, Böyük Britaniya, Şotlandiya, Polşa, Fransa, Macarıstan, Norveç və digər ölkələrdən müxtəlif elmi sənədlər daxil olub. Həmçinin ölkə xaricinə AMEA-nın nəşrləri, azərbaycanlı alimlərin əsərləri göndərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info