İranlı nümayəndə heyətinin üzvləri ilə azərbaycanlı media təmsilçilərinin görüşü keçirilib
Tarix: 12.07.2017 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın Bakıda səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələrinin ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalist təşkilatlarının təmsilçiləri ilə görüşü keçirilib.
Mətbuat Şurasından bildiriblər ki, toplantını İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə açaraq İran və Azərbaycan dövlətlərinin əməkdaşlığının media müstəvisinə daşınmasının zəruriliyini əsaslandırıb. Bu baxımdan ötən ilin noyabrında Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış Əməkdaşlıq Memorandumunu son dərəcə əhəmiyyətli sənəd kimi dəyərləndirib. Həmin memoranduma əsasən Azərbaycanda iyulun 10-dan 13-dək səfərdə olan nümayəndə heyəti üzvlərinin ötən bir neçə gün ərzində vacib görüşlər keçirdiyini diqqətə çatdırıb. Səfir xüsusən KİV redaksiyalarındakı görüşlərin pozitiv cəhətlərindən söz açıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışına Əməkdaşlıq Memorandumunda əksini tapmış məsələlər barədə geniş məlumat verməklə başlayıb. O bildirib ki, sənəddə hər iki ölkə jurnalistləri arasında qarşılıqlı təcrübə mübadiləsinin, səfərlərin təşkili, birgə konfrans və seminarların keçirilməsi, etibarlı informasiya mübadiləsi sisteminin formalaşdırılması, regiona daxil olan ölkələrin jurnalistlərinin iştirakı ilə beynəlxalq görüşlərin keçirilməsinə dəstək göstərilməsi və sair məsələlər əksini tapıb. “Mən ötən ilin noyabrında Tehranda oldum. Bu, əməkdaşlığımız üçün ilk addım idi. İrandan Azərbaycana səfər artıq ikinci təşəbbüsümüzdür. Əminəm ki, belə səfərlər gələcəkdə mütəmadi xarakter daşıyacaq”, - deyə Ə.Amaşov vurğulayıb.
İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezami xalq diplomatiyasının rəsmi diplomatiyadan qat-qat effektiv olduğunu bildirərək qeyd edib ki, İran və Azərbaycan xalqları arasındakı möhkəm tarixi bağlılıq bölgə insanlarının hazırkı dövr üçün də birgə fəaliyyətini zəruriləşdirən motivdir. Media isə missiya etibarilə bu fəaliyyəti stimullaşdırmalı, daha da gücləndirməli, hansısa kənar təsirlərdən qorumalıdır. Bu, region əhalisinin rifahı, dünyaya sülh və barış mesajının verilməsi baxımından son dərəcə önəmlidir. İranın media fəaliyyətinə məsul qurumlarının Azərbaycana səfərinin KİV-lər arasındakı əməkdaşlığı dərinləşdirmək məramına söykəndiyini vurğulayan H.Entezami səfərin olduqca faydalı keçdiyini də dilə gətirib.
Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Qasımlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu müxtəlif sınaqlardan çıxmış İran-Azərbaycan münasibətlərinin müasir dövrdəki inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsində media peşəkarlığının başlıca əhəmiyyət daşıdığını müxtəlif faktlarla əsaslandırıblar. Onlar bildiriblər ki, dünyada müsəlman aləminə qarşı birmənalı yanaşmanın mövcud olmadığı hazırkı dövrdə İran və Azərbaycan mediasının müştərək fəaliyyəti baxımdan nəzərdən keçirilməli məqamlar çoxdur.
Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi Azərbaycana 18 il əvvəl səfər etdiyini deyərək xatirələrini bölüşüb. H.Asəfi ötən müddətdə ölkədə əsaslı dəyişikliklərin baş verdiyini vurğulayıb, bu tendensiyanın media məkanından da yan ötmədiyinə əminliyini bildirib. O, Bakıda keçirdiyi görüşlərdə bunun əyani şahidinə çevrildiyini dilə gətirib. Nazirlik rəsmisi, həmçinin İran-Azərbaycan media əməkdaşlığının perspektivi baxımdan da maraqlı fikirlər səsləndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info