Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar
Tarix: 12.07.2017 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Berlin Masters” adlı “Challenge” seriyasına aid dünya kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından verilən xəbərə görə, qeyd olunan turnir gimnastikanın əz zərif nümayəndələri üçün yaddaqalan olub. Yarışda ölkəmizi qrup hərəkətləri komandasının tərkibində təmsil etmiş Ayşən Bayramova, Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva hər iki kompozisiyada final mərhələsinə yüksəlməyi bacarıblar. Həlledici mərhələdə isə 3 top/2 iplə çıxışları onlara bürünc medal qazandırıb. İlk iki pillədə isə müvafiq olaraq Rusiya və Ukrayna təmsilçiləri qərarlaşıb. Bədii gimnastlarımızın digər final çıxışı halqalarla olub. Onlar bu nümayişə görə hakimlərdən 16.100 xal alaraq 5-ci yerlə kifayətləniblər. Çoxnövçülükdə isə qızlarımız medalın bir addımlığında, 4-cü yerdə qərar tutublar. Fərdi proqramda isə Zöhrə Ağamirova və qrup komandasının öndə gedən üzvlərindən biri Ayşən Bayramova da yer alıb. Uzun fasilədən sonra yenidən fərdi gimnast kimi özünü sınayan Ayşən, lentlə final çıxışında 8-ci, çoxnövçülükdə isə 18-ci olub. Komanda yoldaşı Zöhrə isə çoxnövçülükdə 14-cü pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
26.09.2018
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
26.09.2018
Cüdoçumuz İrina Kindzerska dünya çempionatında növbəti qələbəsini qazanıb
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
26.09.2018
Cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info