“Qrupa düşmək üçün mübarizə aparacağıq”
Tarix: 12.07.2017 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Çox istəkli və aqressiv komandaya qarşı oynadıq. Həqiqətən də “Samtredia”dan belə gərgin oyun gözləmirdik”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Samtredia”ya qalib gəldikləri oyundan (5:0) sonra keçirilən mətbuat konfransında deyib. Qurban Qurbanov ilk hissənin ağır olduğunu deyib: “Rəqib hesabdan asılı olmayaraq yaxşı mübarizə apardı. Oyuna çox gərgin başladıq və ilk hissə bizim üçün ağır oldu. Amma futbolçularımız sona qədər xarakter göstərdilər və güclərini ortaya qoya bildilər. Qələbədə azarkeşlərimizin də payı oldu. Fikrimiz cavab oyununda olacaq. Aradakı vaxtda çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. Səfər oyununda istənilən nəticə qeydə alına bilər”. Baş məşqçi yeni transferlərin oyununa münasibət bildirib: “Hər ikisi təcrübəli futbolçudur. Bu gün desək ki, razı qaldım, ya yox, düz çıxmaz. Bir oyunla yeni futbolçuya dəyər verə bilmərik. Mövsüm boyu eyni tempdə olmalı və nəticə vermək üçün çalışmalıdırlar. Oyun intizamlarından razı qaldım. Necə danışmışdıqsa, elə də oynadılar. Yeni futbolçuların qoşulması ilə komandamızın oyun sistemi qaldı. Biz hər turnirdə maksimum nəticə əldə etməyə çalışırıq. Həmişə istəmişəm ki, əlimdə daha çox futbolçu olsun. Təkcə transferlərə görə yox, əlimizdə olan oyunçularla daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Çempionlar Liqasında zəif komanda yoxdur, çox ciddi turnirdir. Burda hər komanda öz ölkəsinin çempionudur. İstənilən oyunda istənilən nəticə baş verə bilər. Maksimum hədəfimizə gəlincə, Çempionlar Liqasında qrupa düşmək üçün mübarizə aparacağıq”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info