: “Bu proseslər başqa ölkədə olsaydı, BMT və digər təşkilatlar onların yanında olacaqdı”
Tarix: 12.07.2017 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


“Hazırda FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən tərəfindən ötən il iyulun 15-də Türkiyədəki dövlət çevrilişinə cəhdin idarəedilən çevriliş cəhdi olduğuna dair müxtəlif kampaniyalar aparılır və buna böyük pullar xərclənir”. Bu fikirləri 15 İyul - Demokratiya və Milli Birlik Günü ərəfəsində Ankarada Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsində (BYEGM) keçirilən tədbirdə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ səsləndirib. Nazir əvvəlcə ötən il iyulun 15-də bu ölkədə dövlət çevrilişinə cəhd zamanı türkiyəli fotojurnalistlərin çəkdikləri şəkillərin nümayiş edildiyi sərgi ilə tanış olub. BYEGM-nin rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca deyib ki, Türkiyə keçən il iyulun 15-də böyük bir sınaqdan çıxıb. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib ki, ötən il iyulun 15-də FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin göstərişi ilə Türkiyədə dövlət çevrilişinə cəhd olub: “Həmin gecə 249 nəfər vətəndaşımız şəhid olub və 2200-ü yaralanıb. 15 iyulda xüsusi təyinatlı qüvvələrin binası, Prezident Sarayı, Türkiyə Böyük Millət Məclisi bombalanıb, “Türksat”ın işçiləri öldürüldü. İstanbulda Boğaziçi körpüsündə onlarla həmvətənimiz şəhid olub. Çevrilişə cəhd edən terrorçular xalqın üstünə tankları sürüb, avtomatlar ilə xalqımıza atəş açıblar. Türkiyə Böyük Millət Məclisi yaradıldığı gündən ötən ilədək ilk dəfə bombalanıb”. Nazir qeyd edib ki, dövlət çevrilişinə cəhdin uğursuz olmasına səbəb Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti və onları küçələrə çıxmağa çağırışı olub: “Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanı gözdən salmaq üçün Qərb ölkələri tərəfindən müxtəlif kampaniyalar aparılır. Dünyada hansı ölkə prezidenti özünün və ailəsinin həyatını təhlükəyə ataraq xalqla birgə demokratiyaya sahib çıxıb, terrorçulara qarşı dayanıb? Prezidentimiz demokratiyaya sahib çıxdı. Lakin dünya ölkələri tərəfindən tək buraxıldı”. O qeyd edib ki, türk xalqı kimi demokratiyaya sahib çıxan başqa bir millət yoxdur: “Əgər, bu proseslər başqa ölkədə olsaydı, BMT və digər təşkilatlar onların yanında olacaqdı. Lakin Türkiyədə bu qədər şəhid və yaralı olmasına baxmayaraq həmin beynəlxalq təşkilatlar bizə dəstək olmadılar, gözləmə mövqeyində dayandılar. Bunun əksinə FETÖ terror təşkilatından yana narahat olduqlarını bildirdilər”. B.Bozdağ vurğulayıb ki, hazırda FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən tərəfindən ötən il iyulun 15-dəki dövlət çevrilişinə cəhdin idarəedilən çevriliş cəhdi olduğuna dair müxtəlif kampaniyalar aparılır və buna böyük pullar xərclənir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info