Yaponiya, ABŞ və Hindistan birgə hərbi-dəniz təlimlərinə başlayıblar
Tarix: 12.07.2017 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Yaponiya, ABŞ və Hindistan Hind okeanında birgə hərbi-dəniz təlimlərinə başlayıblar. NHK telekanalının yaydığı məlumata görə, təlimlərdə bu üç ölkəyə məxsus 18 esmines, aviadaşıyıcı gəmi və sualtı qayıqlar iştirak edir. Yaponiya, ABŞ və Hindistanın hərbi-dəniz komandanlığının nümayəndələri Hindistanın Çennay şəhərində təlimlərlə bağlı birgə mətbuat konfransı keçiriblər. Hindistan hərbi-dəniz qüvvələrinin vitse-admiralı Hariş Bişt deyib ki, təlimlər üç ölkə arasında mövcud olan strateji ittifaqın möhkəmliyini nümayiş etdirəcək. Yaponiya özünümüdafiə qüvvələrinin vitse-admiralı Hiroşi Yamamura isə qeyd edib ki, Hind okeanında sabit və açıq dəniz nəqliyyatının fəaliyəti hər üç ölkə üçün mühüm əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, Yaponiya, ABŞ və Cənubi Koreyanın yüksək səviyyəli nümayəndələri Şimali Koreyaya qarşı təzyiqləri gücləndimək üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kenzi Kanaşuqi, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yun və Cənubi Koreyanın xüsusi nümayəndəsi Kim Hon Qyun Sinqapurda bir araya gəliblər. Bu nümayəndələrin hər biri Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda təmsil etdikləri ölkələrin nümayəndə heyətlərinə başçılıq edirlər. Həmin danışıqlar artıq bir müddətdir ki, dalana dirənib. Görüş iştirakçıları bu yaxınlarda qitələrarası ballistik raketin sınağını uğurla keçirdiyini bəyan edən Şimali Koreyaya qarşı təzyiqi artırmaq məqsədilə əməkdaşlığı genişləndirməyin vacib olduğunu təsdiq ediblər. Bundan əlavə, Yaponiya nümayəndə heyəti tərəfdaşlarının Şimali Koreya tərəfindən oğurlanmış yaponlar məsələsinin həlli ilə bağlı anlayış nümayiş etdirəcəklərinə inandığını da bildirib.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info