“Media hibrid müharibənin əsas hissəsinə çevrilib”
Tarix: 12.07.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Aleksandr Lukaşenko: ““Müharibələr yeni xarakter almağa başlayıb. Bu, artıq kiberməkanda aparılan müharibədir, iqtisadi, siyasi müharibədir. Müasir müharibənin ilk mərhələsi media məkanında aparılır”

“İnternet-məkan və sosial şəbəkələr mənəviyyat, əxlaq, etika qanunları əsasında qurulmalıdır”

Belarusun paytaxtı Minsk şəhərində XIX Dünya Rus Mətbuatı Konqresi işə başlayıb. “Gələcək naminə tərəfdaşlıq: müasir sivilizasiyanın prioritetləri” mövzusuna həsr edilən tədbirdə 52 ölkədən KİV rəhbərləri və nümayəndələri iştirak edirlər. Azərbaycanı Konqresdə AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edir. Konqresin plenar iclasının açılışında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko müasir jurnalistikanın cəmiyyətə təsirindən danışıb. O qeyd edib ki, ictimai fikrə görə həm siyasətçilərin, həm də jurnalistlərin məsuliyyəti daim yüksəlir. Dövlət başçısı vurğulayıb ki, internet-məkan və sosial şəbəkələr mənəviyyat, əxlaq, etika qanunları əsasında qurulmalıdır. Prezident deyib ki, yeni texnoloji mühitdə jurnalist peşəsi köklü şəkildə dəyişib, hazırda adi vətəndaşlar da informasiya yaradaraq yaya bilirlər. Belə vəziyyətdə çoxlu sayda təhrif edilmiş informasiyalar da yaranır, həqiqət və yalan arasında sərhədlər itir. “Belə şəraitdə mənəvi və ictimai orientirlər məhz peşəkar jurnalistlər və ənənəvi mediadan asılıdır. Buna görə də düzgün seçim etmək lazımdır: reytinq, şəxsi maraqlar, yoxsa həqiqət, obyektivlik”, - deyə dövlət başçısı vurğulayıb. Aleksandr Lukaşenko deyib ki, kütləvi informasiya vasitələrindən hibrid müharibələr aparmaq üçün istifadə edilir. O, çıxışında qeyd edib ki, hibrid müharibələri bizim bildiyimiz müharibə – cəbhə-cəbhəyə, bir-birinə atəş açmaq və sonra əlbəyaxa döyüş deyil: “Müharibələr yeni xarakter almağa başlayıb. Bu, artıq kiberməkanda aparılan müharibədir, iqtisadi, siyasi müharibədir. Müasir müharibənin ilk mərhələsi media məkanında aparılır”. Belarusun dövlət başçısı konqresdə çıxışı zamanı qeyd edib ki, daha əvvəlki vaxtlarda olduğu kimi artilleriya hazırlığı aparılmır: “Artıq hansısa dövlətin, qruplaşmanın başqasına qarşı müharibəni başlamasından əvvəl kütləvi informasiya vasitələrində artilleriya hazırlığı gedir. Media hibrid müharibənin əsas hissəsinə çevrilib”. Aleksandr Lukaşenko müasir medianın sensasiya dalınca qaçmasını da tənqid edib: “Dünyada çox şey, o cümlədən cəmiyyətdə sakitlik sizdən asılıdır. Bunu unutmayın”. Lukaşenko konqresdə çıxışı zamanı KİV-i “yeni Helsinki prosesi” ilə bağlı rəsmi Minskin irəli sürdüyü təşəbbüsü dəstəkləməyə çağırıb. Bu təşəbbüs Avroatlantik məkan və Avrasiya dövlətləri arasında ziddiyyətləri aradan qaldırmağı və dialoqu ehtiva edir: “Bizim ölkəmiz həmişə dialoq və informasiya mübadiləsi üçün açıqdır. Nəyə görə Minskdə genişmiqyaslı “Helsinki-2” formatını reallışdırmayaq?”. Lukaşenko tanınmış siyasətçiləri, elm xadimlərini bu təşəbbüs çərçivəsində dialoqa çağırıb. Xatırladaq ki. bir neçə gün əvvəl Minskdə ATƏT Parlament Assambleyasının toplantısı keçirilib. Lukaşenko toplantıda çıxışı zamanı “yeni Helsinki prosesi” ilə bağlı çıxış edib. O, ATƏT-in yaranması ilə sonuclanan Helsinki prosesinin yenisinə başlamağı təklif edir. O, miqyası bir qədər də genişləndirərək Çini də prosesə qoşmağı, ümumi məkanda dialoq aparmağı təklif edir. Lukaşenko hesab edir ki, ATƏT üzvləri, Avroatlantik məkan və Asiya dövlətlərini bu təşəbbüs çərçivəsində bir araya gətirmək və dünyanın gələcəyinin müzakirə etmək olar. Müzakirələrin sonunda yekun sammitin keçirilməsini təklif edən Lukaşenko hesab edir ki. Minsk bu prosesin start məkanı ola bilər. Onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Konqres iştirakçılarına müraciət edib. Dövlət başçısı bildirib ki, bu ənənəvi görüşlər rusdilli media məkanında əsas hadisələrdən biridir. Prezident medianın maarifçilik, birləşdirici, tərbiyəvi potensialını önə çəkib və buna görə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Plenar iclasda çıxış edən Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Vitali İqnatenko Konqresin artıq ikinci dəfədir Belarusda keçirildiyini, bu ölkənin rus dilinə böyük diqqət ayırdığını qeyd edib. Dünya Rus Mətbuatı Konqresi ilə yanaşı, Minskdə ənənəvi Beynəlxalq Media Forum da keçirilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info