Özbəkistanlı qonaqlar Şamaxı Cümə Məscidi və rəsədxana ilə tanış olublar
Tarix: 12.07.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimov iyulun 12-də Şamaxıya gəliblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiəti ilə əvvəlcə Şamaxı Cümə məscidinə gələn qonaqlar rayon rəhbərləri, məscidin din xadimləri tərəfindən mehribanlıqla qarşılanıblar. Sonra məscidlə tanışlıq olub. Bildirilib ki, Şamaxı Cümə məscidi Cənubi Qafqazda ən qədimməscidlərdən biridir. 743-cü ildə inşa olunan, 1859-cu və 1902-ci illərdə baş verən viranedici zəlzələlərin təsirindən belə tam dağılmayıb yenə öz əzəmətini saxlayan bu ibadət yeri 1918-ci ilin martında erməni daşnakları tərəfindən yandırılıb. Həmin vaxt məscidə sığınan 1500 nəfərdən çox günahsız insana, o cümlədən qadın və uşaqlara belə aman verilməyib. Mart soyqırımı zamanı çəkilən və böyüdülərək məscidin həyətində nümayiş etdirilən 17 fotoşəkil erməni soyqırımının, vandalizminin əyani təsviridir. Qeyd olunub ki, Prezident İlham Əliyev 2009-cu ilin noyabr ayında Şamaxıya səfəri zamanı böyük tarixi dəyəri və xalqın mənəvi dünyasında xüsusi yeri olan Cümə məscidinin bərpasına qərar verib. 2013-cü ilin mayın 17-də yenidən bərpa edilən məscidin açılışı olub. Bu zaman məscidin ilkin görkəminə qaytarılması diqqət mərkəzində saxlanılıb. Hazırda burada 1500 nəfər eyni vaxtda ibadət edə bilər. Sonra qonaqlar və onları müşayiət edən şəxslər uzun illərdən bəri dünya astrofizika elminə sanballı töhfələr verən, böyük elm ocağı olan AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gediblər. Burada onlar rəsədxana ilə tanış olub, aparılan elmi-tədqiqat işləri ilə maraqlanıblar. Məlumat verilib ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem - ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi və Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bunlardan başqa, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və sair üzrə də araşdırmalar reallaşdırılır. Şamaxının dini və elmi məkanları ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info