SOCAR Dünya Neft Şurasının Konqresi çərçivəsində keçirilən sərgidə iştirak edir
Tarix: 12.07.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Neft Şurasının XXII konqresi çərçivəsində aparıcı neft-qaz şirkətlərinin sərgisi təşkil olunub. SOCAR-dan verilən məlumata görə, sərgidə Azərbaycanı SOCAR təmsil edir. Dünya energetika sektorunun ən əhəmiyyətli tədbiri olan sərgi-konqres Türkiyə Prezident Administrasiyasının himayəsi ilə, qardaş ölkənin Energetika Nazirliyinin təşkilatçılığı, eləcə də SOCAR və TPAO şirkətlərinin sponsorluğu ilə həyata keçirilir. Sərgidə Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin, Əlcəzair, Qətər, Küveyt, Venesuela, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İtaliya daxil olmaqla dünyanın 40 ölkəsindən neftin, qazın hasilatı, emalı, kimyası və nəqli sahələrində tanınmış 100-dən artıq böyük şirkət təmsil olunur. SOCAR-ın stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Şirkətin pavilyonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən enerji strategiyası çərçivəsində Azərbaycanın qazandığı uğurlar, Türkiyədə həyata keçirilən nəhəng layihələr, ölkəmizdə tikilməkdə olan Karbomid və Polimer zavodlarında görülən işlər nümayiş olunur. Buradakı monitorlarda Azərbaycanda karbohidrogen ehtiyatlarının kəşfiyyat-axtarış işlərindən görüntülər, neft-qaz yataqları barədə məlumatlar, beynəlxalq ixrac kəmərlərinin tikintisini əks etdirən videoçarxlar təqdim edilir. SOCAR təmsilçiləri dünyanın aparıcı neft-qaz şirkətlərinin nümayəndələrinə şirkətin istər ölkə daxilində, istərsə də beynəlxalq layihələrdə iştirakı və rolu barədə ətraflı məlumat verir, onları maraqlandıran sualları cavablandırırlar. Sərgi-konqres işini uğurla davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info