Avropa ölkələri çətin vəziyyətdə
Tarix: 12.07.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


BVF-nin təxminlərinə görə son on ildə 20 milyon adam Mərkəzi və Şərqi Avropa ölkələrindən Qərbə gedib
Beynəlxalq Valyuta Fondunun (BVF) səlahiyyətli nümayəndəsi inkişaf etməkdə olan Avropa ölkələrinin qarşılaşdığı və getdikcə artan iqtisadi problemlərin, ötən on il müddətində əldə edilən inkişafların təsirini yox edə biləcəyini söyləyib. BVF Avropa Dairəsinin rəhbəri Poul Thomsen, Mərkəzi və Şərqi Avropanın iqtisadi potensialının son 10 ildə yarıya endiyini və bu bölgə ölkələrindəki ixtisaslı işçilərin xaricə axınının da getdikcə artmasının ciddi problem olduğunu söyləyib.
Thomsen Dubrovnikdə keçirilən konfransda çıxışı zamanı deyib ki, bölgə hökumətlərinin bəziləri artıq Avropa inteqrasiyasının xeyrindən şübhə duymağa başlayıblar: “On ildir böhran və iqtisadi çətinliklər yaşayan Avropanın böyük qərbli üzvləri ilə Şərqdəki üzvləri arasındakı yaxınlaşmanın zəiflədiyi, hətta dayandığı belə, deyilə bilər. Bu vəziyyət bəzi ölkələrdə ağır iqtisadi və siyasi islahatlarla bağlı suallar yaradır”.

Macarıstan və Polşa işçi problemi yaşayır
BVF-nin Yunanıstan və Portuqaliya kimi ölkələrdə icra etdiyi proqramlara rəhbərlik edən Thomsen qeyd edib ki, kommunizmdən xilas olduqdan sonra Mərkəzi və Şərqi Avropanı əhatə edən müsbət qlobal inkişaf mühitinin təkrarı gözlənilmir. Bölgədən ixtisaslı işçilərin Qərbi Avropaya axın etməsi ciddi problem olmaqda davam edir. BVF-nin təxminlərinə görə son on ildə 20 milyon adam Mərkəzi və Şərqi Avropa ölkələrindən Qərbə gedib. Bu rəqəm, bölgə əhalisinin təxminən 5-6 faizini təşkil edir.
Macar istehsal şirkətlərinin yarısı, Polşa istehsal şirkətlərinin də dörddə biri, işçi çatışmazlığından istehsalın aşağı düşdüyünü və investisiyaların azaldığını bildirirlər.

İslahatlardan vaz keçilir?

Thomsen siyasi sahədə də AB Komissiyası ilə bəzi Şərqi avropalı üzvlər arasındakı gərginliklərə toxunub. AB, qanunun aliliyi mövzusunda Polşa ilə zidd mövqedədir, Macarıstan ilə, əsasən, qaçqınlarla bağlı gərginlik yaşayır. Son 10 ildə yaşanan problemlər, AB xaricində qalan ölkələr üçün birliyə üzvlüklə bağlı şübhələr yaradır. Thomsen onu da qeyd edib ki, son 10 ildə yaşanan problemlərə görəbəzi Avropa ölkələrinin demokratiyanı gücləndirmək və iqtisadi inkişafla bağlı islahatlardan vaz keçməsi ilə əlaqədar narahatlıqlar var.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info