Cəlilabadda telekomunikasiya infrasturukturu yenidən qurulur
Tarix: 13.07.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cəlilabad rayonunda yenidənqurma işlərinə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihəyə uyğun olaraq, rayon mərkəzi və kənd elektron ATS xətlərinin müasir texniki normalara çatdırılması məqsədilə köhnə avadanlıq istismardan çıxarılır. Yenidənqurma işləri nəticəsində ATS-lərin port tutumu da artırılacaq. Hazırda rayon üzrə telefon xətlərinin yenilənməsi və yeni rabitə xətlərinin çəkilməsi prosesi davam etdirilir.
Cəlilabad şəhərində 2100 metr zədələnmiş yeraltı kabellər yeni və keyfiyyətli kabellərlə əvəz olunub, xətlərin yüksək ötürücülük qabiliyyəti bərpa edilib.
Şəhərin mərkəzi küçələrində abunəçilərə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə 200 yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb, 100 yeni abonentin yeni çəkilmiş xətlərə qoşulması təmin edilib.
Rayon mərkəzi ilə paralel olaraq, kəndlərdə də işlər davam etdirilir. Günəşli kəndində rabitə xətlərinin texniki normalara çatdırılması və əlavə olaraq 50 abonentlik telefon xəttinin çəkilməsi üçün yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb.
Tərtib edilmiş iş planına uyğun olaraq, Muğan kəndində əlavə 100, Alar kəndində 50, Qarazəncir kəndində isə 20 yeni xətt şəbəkəsinin çəkilməsi başa çatdırılıb. Adnalı və Üçtəpə kəndlərində də şəbəkənin genişləndirilməsi və təmir bərpa işləri aparılır.
Cəlilabad Rayon Telekommunikasiya Qovşağının əsaslı təmiri və müasir standartlara cavab verən avadanlıqla təmin edilməsi istiqamətində işlər davam etdirilir. Qovşağın üçmərtəbəli inzibati binasının əsaslı təmirdən sonra gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info