İki yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Tarix: 13.07.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23,5-ci və 24,4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma olaraq üzlənmə işləri aparılır.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir.
Pilləkən hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 55,4 metr, qalereyasının eni isə 3,7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5,5 metr təşkil edir.
Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələrin yaradılması, həmçinin zəruri yol nişanlarının quraşdırılması da nəzərdə tutulub.
Metal konstruksiyalı yeni yerüstü piyada keçidləri nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info