“Birlik” açıqlamaları ənənəvi müxalifətin təkrarlanan və nəticəsiz addımlarıdır”
Tarix: 29.04.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


“Milli şura” ilə bağlı perspektiv qalmadığından radikal düşərgədə mübarizə yenə də daha çox AXCP ilə Müsavat arasında qızışmaqdadır

Ənənəvi müxalifət düşərgəsinin ənənəvi və əbədi problemlərindən biri də düşərgədə təmsil olunan tərəflərin birləşə bilməməsi, əksinə, hər seçki ərəfəsində daha çox ziddiyyətlərə və parçalanmalara düçar olmalarıdır. Bu baxımdan son dövrlərdə müxalifət təmsilçiləri bu əbədi problemlə bağlı bir-birilərini ciddi ittihamlara keçiblər. Radikal düşərgə təmsilçiləri bu seçki ərəfəsində “milli şura” və yaxud hər hansı bir formatda birləşə bilmədiklərinin səbəblərini bir-birilərinin parçalayıcı fəaliyyətində axtarmağa başlayıblar. Belə ki, tərəflər bir-birilərini şəxsi ambisiyalara və namizədlik məsələsində qarşılıqlı güzəştə getməmələrinə görə suçlamağa başlayıblar.
“Birlik” çağırışı edən müxaliflər güzəştə getmək istəməyərək elə öz ətrafında birləşməyin zəruriliyini “əsaslandırırlar” ki, bu da əslində digər müxalif partiyaları manipulyasiya etməyə, təsir altına almağa dəlalət edir. Belə bir halda isə digər müxalif partiyalar da bir nəfərin iddia və ambisiyalarına xidmət edən bu oyunlarda iştirak etmək istəmirlər. Bu baxımdan bir-birilərini daha kəskin “top atəşi”nə tutanlar AXCP və Müsavat partiyalarıdır. Onlar yenə də bir-birilərini qarşılıqlı olaraq “birlik” adı ilə parçalanmalara səbəb olmaqda açıq ittiham mövqeyinə keçiblər. Beləliklə, “milli şura” məsələsi ilə bağlı perspektiv qalmadığından radikal düşərgədə mübarizə yenə də daha çox AXCP ilə Müsavat arasında qızışmaqdadır. Tərəflər bir-birilərinə belə ittiham səsləndirirlər: “Hamı birliyə çağırır, amma güzəştə gedən yoxdur”. Bu dəfə Müsavatdan Arif Hacılı, AXCP-dən isə Həsən Kərimov partiya başçılarının təmsilçilikləri ilə “duelə” çıxıb və qarşılıqlı ittihamlar yağdırıblar. Bu, bir daha ənənəvi didişməyə meyilliliyin radikal düşərgədə əskik olmadığını ortaya qoyur.
Bütöv Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini Elçin Mirzəbəyli bu məsələ ilə bağlı “Palitra”ya fikirlərini belə bildirdi: “Bu cür açıqlamalar və fəaliyyət ənənəvi müxalifətin tez-tez təkrar olunan və nəticəsiz qalan addımlarıdır. Bundan öncə keçirilən seçkilər ərəfəsində də eyni proseslər baş vermişdi. Sadəcə, həmin düşərgədə adlar dəyişir. Prinsip etibarilə birliyə cəhdlər üçün yaradılan təşkilatların adları dəyişir, bütün parametrlərinə görə köhnə olan müxalif qüvvələr yeni adlarla təqdim olunur, amma bu da birlik yox, əksinə, yeni ziddiyyətlər yaradır. Çünki ortalıqda bir ideya boşluğu var. Həmin müxalif tərəfləri bir-birilərinə konkret hər hansı bir ideoloji prinsip bağlamır. Eyni zamanda bu qüvvələrin səmimi birlik cəhdləri də yoxdur. Çünki onların əsas məqsədi birlik yaratmaq, bir araya gəlməkdən ibarət deyil. Məqsəd bir siyasi təşkilatın digər müxalif partiyanı seçkilərdə onu dəstəkləməyə məcbur etməkdən ibarətdir. Əslində bu yaradılan birliklər müxtəlif formada siyasi manevr etmək üçün yaradılan strukturlardır. Bunların da nəticə etibarilə perspektivləri olmur. Məsələn, Arif Hacılının son açıqlamalarında Rüstəm İbrahimbəyovun da “milli şura” ideyasına qeyri-ciddi yanaşdığı görünür. O deyib ki, siyasi birlik Rüstəm İbrahimbəyov üçün kinossenari deyil ki, bunu öncədən yazasan və sonra da istədiyin formada qeydlərini aparasan. Bu baxımdan da ənənəvi müxalifət düşərgəsində qarşılıqlı atmacalar, ittihamlar hər zaman olduğu kimi, göz qabağındadır. Seçkilər yaxınlaşdıqca bu prosesin daha da intensivləşəcəyi məlumdur”.
E.Mirzəbəyli dedi ki, həmin düşərgədə yaradılan istənilən birlik qeyri-səmimi olduğu üçün növbəti parçalanmalara yol açacaq.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info