“İran-Azərbaycan əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu böyükdür”
Tarix: 29.04.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


“İran-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin rolu böyükdür. Heydər Əliyev iki ölkə arasında münasibətlərin müsbət inkişaf etdirilməsinə dəstək verən və iki ölkənin əlaqələrinin qurulmasını istəməyənlərin qarşısında dayanan ilk Azərbaycan Prezidentidir”. Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Səfir bildirib ki, bu il Azərbaycanda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd olunur: “Bu baxımdan düşündüm ki, bu münasibətlə Heydər Əliyevin düşüncələri qarşısında minnətdarlığımızı bildirmək, həmçinin İran xalqının bu böyük şəxsiyyətin fikirləri ilə tanışlığı məqsədilə "Heydər Əliyev və onun İrana qarşı daimi dostluq münasibətləri" adlı silsilə xarakterli məqaləni öz şəxsi bloqumda yerləşdirim".
Qeyd edək ki, Pakayinin ümummilli lider Heydər Əliyevlə bağlı yazdığı yazılar səfirliyin rəsmi saytında və İran mətbuatında dərc olunub.
Səfirin sözlərinə görə, ümummilli lider Heydər Əliyev İranla əlaqələrin inkişafına göstəriş vermiş və onun baxışlarında İranla daimi əlaqələrin qurulması yer almışdı: "Mən Azərbaycana gəlməmişdən öncə Heydər Əliyevlə bağlı araşdırma aparmışdım. Heydər Əliyevin Azərbaycanın xarici siyasətinin memarı olduğunu bilirdim və onun baxışları ilə tanış oldum".
Pakayinin sözlərinə görə, indiyədək bu məqalələrdən ikisi artıq həm səfirliyin səhifəsində Azərbaycan və fars dillərində, həm də öz şəxsi bloqunda dərc olunub. İran KİV-lərində də məqalə böyük rezonans doğurub: "Bundan sonra hər həftə bir məqaləm dərc olunacaq. Məqalələrimdə Heydər Əliyevin Azərbaycan-İran əlaqələrinin regional, beynəlxalq səviyyədə necə qurulması ilə bağlı baxışları, iki ölkənin əlaqələrinin inkişafı ilə bağlı Heydər Əliyevin Naxçıvan MR-də olduğu dövrdə münasibəti, İranın Naxçıvan MR-ə yardımları, Heydər Əliyevin İran və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən tranzit, ticarət və energetika sahəsində əlaqələrin necə inkişaf etdirilməsi ilə bağlı fikirləri, həm də mərhum Prezidentin iki ölkənin KİV-lərinə əlaqələrin inkişafı ilə bağlı etdiyi məsləhətlər, iki ölkə arasında münasibətlərinin inkişafını istəməyən millətçi qüvvələrə qarşı çıxması barədə məlumatlar yer alacaq".
Pakayin deyib ki, bu məqalələr sonda tarixi bir sənəd kimi qorunub saxlansın deyə, İranda elə "Heydər Əliyev və onun İrana qarşı daimi dostluq münasibətləri" adlı kitab çap olunacaq və paylanacaq.
Səfir əlavə edib ki, Heydər Əliyevin baxışları və fikirləri İran və Azərbaycan əlaqələrinin doktrinasının hazırlanmasında və qurulmasında meyar ola bilər. Onun düşüncələri İran və Azərbaycan siyasətçiləri üçün nümunə olaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə təsir göstərə bilər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info