“NDU mənim həyatımda” yazı müsabiqəsinin mükafatlandırma mərasimi olub
Tarix: 13.07.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yazı müsabiqəsinə yekun vurulub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yüksəkixtisaslı kadrların hazırlanmasında, elmi və ali təhsil mühitinin formalaşmasında Naxçıvan Dövlət Universitetinin artan nüfuzundan və son illərdə qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, ERASMUS+, TEMPUS layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq ilbəil genişlənir. Rektor hərtərəfli dövlət qayğısı ilə əhatə olunan universitet gənclərinin göstərilən yüksək qayğıdan bəhrələndiklərini, elmi biliklərini artırdıqlarını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında vurğulayıb ki, son illər gənc¬lərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardır. Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universiteti məzunları bu gün muxtar respublikanın ictimai-siyasi həyatında fəal rol oynayır, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlət orqanlarında çalışır, dövlətçiliyin möhkəmləndirilməsində yaxından iştirak edirlər. Sonra müsabiqə komissiyasının sədri, jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva müsabiqənin nəticələrini açıqlayıb. Dünya ədəbiyyatı ixtisası üzrə II kurs magistrant Səbinə Əliyeva “Naxçıvan Dövlət Universiteti mənim həyatımda” adlı yazı müsabiqəsinin qalibi elan olunub. Menecment ixtisası üzrə IV kurs tələbəsi Əjdər Hacızadə II, Jjurnalistika ixtisası üzrə IV kurs tələbəsi Telli Mustafayeva isə III yeri tutub. Jurnalistika ixtisasının IV kurs tələbəsi Aygün Kürdova, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə I kurs magistrant Günel Nəsirli həvəsləndirici yerlərə layiq görülüblər. Müsabiqədə fərqlənən tələbələr universitetin rektoru tərəfindən sertifikat və pul mükafatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondu tərəfindən diplomla təltif olunublar. Mükafatçılardan Əjdər Hacızadə göstərilən diqqət və qayğıya görə tələbələr adından öz minnətdarlığını bildirib.

Səadət Əliyeva
NDU Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Beş ayda 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
19.06.2019
Əhməd Əhmədzadə Sabirabadda vətəndaşlarla görüşüb
19.06.2019
Nəsimi rayonunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
19.06.2019
38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri yekunlaşır
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info