AZƏRTAC mükafat alıb
Tarix: 13.07.2017 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


İyulun 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Cəmiyyətin beş illik fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin sədri Şahvələd Əliyev mərasimdə çıxış edərək yubiley münasibətilə kollektivə təbriklərini çatdırıb. Bildirib ki, qurum hərbi vətənpərvərliyin təbliği işində kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verir. O, ölkəmizdə hərbi vətənpərvərlik ruhunun təbliğində, eləcə də MMC-nin təşkil etdiyi tədbirlərin işıqlandırılmasında yüksək fəallıq göstərən media qurumlarına minnətdarlığını bildirib.
Sonra hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran media qurumları mükafatlandırılıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran xəbər agentliyi” nominasiyasında qalib elan olunub, diplom və xüsusi mükafatla təltif edilib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “Xalq qəzeti” və “AzeriDefence” saytı da müvafiq diplomlar və mükafatlarla təltif olunub.
Bununla yanaşı, yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin beş illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltmək məqsədilə elan olunmuş “Ən yaxşı hərbi vətənpərvərlik simvolikası” və “Ən yaxşı hərbi vətənpərvərlik şüarı” nominasiyalarında qalib gələn şəxslər də mükafatlandırılıb.
Eyni zamanda, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində və çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hərbi xidmətə hazırlanması işinin təşkilində Cəmiyyətin fərqlənən əməkdaşları fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Sonda Şahvələd Əliyev “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yaradılmasının əhəmiyyətini bir daha diqqətə çatdıraraq, kollektivin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu qurumun qarşısında qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəyini əminliklə bildirib.
Yubiley tədbirinə musiqili proqramla yekun vurulub.
Qeyd edək ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info