Beş mindən çox vətəndaşın “sosial mənzil“ əldə etmək hüququ təsdiqlənib
Tarix: 13.07.2017 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


"Ötən müddət ərzində "Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınıb". MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu barədə 2017-ci ilin birinci yarısında görülən işlərin nəticələri ilə bağlı MİDA-da keçirilən hesabat iclasında qurumun direktoru Samir Nuriyev bildirib. Onun sözlərinə görə, müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib. "Vətəndaşların rahatlığı üçün, "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı müvafiq "ASAN xidmət" mərkəzləri vasitəsilə də qəbul olunması təşkil olunub", - deyə S. Nuriyev bildirib. 2017-ci ilin mayın 30-dan etibarən "Elektron hökumət" portalında "Güzəştli mənzil" elektron sistemi istifadəyə verilərək vətəndaşların müraciətlərinin qəbulu prosesinə start verilib. "Güzəştli mənzil" elektron sistemi MİDA-nın sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını təmin edir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info