Yaponiya Şimali Koreyaya etirazını bildirib
Tarix: 13.07.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Yaponiya ötən həftə ona məxsus iqtisadi zonada Şimali Koreya gəmisinin heyəti tərəfindən patrul gəmisinə silah yönəldilməsi ilə əlaqədar bu ölkəyə etirazını bildirib. NHK telekanalının yaydığı məlumata görə, etiraz Pekindəki diplomatik kanallar vasitəsilə Şimali Koreya tərəfinə çatdırılıb. Telekanalın bildirdiyinə görə, Şimali Koreya bayrağı altında üzən gəmi Yaponiyanın Balıqçılıq İdarəsinin patrul gəmisi tərəfindən Yapon dənizində qeydə alınıb. Yaponiyanın patrul gəmisi həmin gəmiyə yaxınlaşdığı zaman heyət üzvləri odlu silahı patrul gəmisinə yönəldərək oradakıları hədəfə alıblar. Bildirildiyinə görə, hadisə zamanı atəş açılmayıb. Son vaxtlar Şimali Koreyanın raket sınaqları ilə bağlı iki ölkə arasında münasibətlər xeyli gərginləşib. Yeri gəlmişkən qeyd edək ki, NHK telekanalı Yaponiya ilə daha bir xəbər yayıb. Məlumatda qeyd edilir ki, Yaponiyada iki cinayətkar edam olunub. Məhkəmənin qərarına əsasən, 61 yaşlı Masakazu Hişikava və 34 yaşlı Koiçi Şumida edam ediliblər. Onlardan birincisi 26 il əvvəl içki müəssisələrinin sahibi olan dörd qadını qarət məqsədilə qətlə yetirib. Onun haqqında ölüm hökmü 2005-ci ildə çıxarılıb. İkinci cinayətkar isə öz həmkarını qətlə yetirərək hissələrə ayırıb. Onun haqqında ölüm hökmü 2013-cü ildə qəbul olunub. Yaponiyada sonuncu dəfə ölüm hökmü 2016-cı ilin noyabrında icra edilmişdi. Şinzo Abe Baş nazir vəzifəsinə seçiləndən bəri ölkədə 19 cinayətkar edam edilib. Hazırda 130 nəfər haqlarında çıxarılan ölüm hökmünün icrasını gözləyir. Adətən ölüm hökmü məhkəmənin bu qərarının qəbulundan bir neçə il sonra icra edilir. Beynəlxalq hüquq müdafiələri Yaponiyanı qeyri-humanist addım olan ölüm hökmünü ləğv etməyə çağırırlar. Yaponiyada ölüm hökmü asılmaqla icra edilir. Aparılan sorğuların nəticələrinə görə, ölkə əhalisinin 85 faizi ölüm hökmünü dəstəklədiyini bildirib.
Agasəf




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
UNICEF: 600 min əfqanıstanlı uşağı ölümdən xilas etmək üçün 7 milyon dollar tələb olunur
25.05.2019
Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi
25.05.2019
Meksikada “Mi-17“ helikopteri qəzaya uğrayıb
25.05.2019
Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info