“Biz bu Vətəni namərdlərdən qoruyacağıq”
Tarix: 13.07.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“15 iyulda xalqımız demokratiya dastanı yazdı. Həmin gecə terror təşkilatı məğlub oldu, demokratiya qələbə qazandı”. Bu sözləri Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) baş qərargahında "15 iyul - milli iradə qələbəsinin təhlili" kitabının təqdimat mərasimində Türkiyənin Baş naziri Binali Yıldırım deyib. Baş nazir qeyd edib ki, demokratiyaya qarşı həyata keçirilən bütün çevriliş cəhdlərini və 15 iyul dövlət çevrilişi cəhdini şiddətlə qınayır və lənətləyirik: “15 iyulda xalqımız demokratiya dastanı yazdı. Həmin gecə terror təşkilatı məğlub oldu, demokratiya qələbə çaldı. Həmin qaranlıq gecəni işıqlandıran şəhidlərimizi dərin ehtiramla anırıq. Şəhidlərimizin əmanəti əmanətimizdir və onu qorumaq namus borcumuzdur. Həmin gecə vətəndaşlarımız küçələrə axışaraq meydanları doldurdu. Ailələrimiz öz uşaqlarının gələcəyi üçün Türkiyəyə sahib çıxdı. Öz Prezidentinə inam və demokratiyanı qorumaq istəyi vətəndaşlarımızı küçələrə çıxmağa vadar etdi. Xalqımız tanklara, toplara qarşı imanın gücü ilə müqavimət göstərdi. Xalqımız ölkəsinə, demokratiyaya və gələcəyinə sahib çıxdı. Biz bu Vətəni namərdlərdən qoruyacağıq”. Baş nazir bildirib ki, heç bir terror təşkilatı birliyimizə, bərabərliyimizə və qardaşlığımıza xələl gətirə bilməyəcək: “Bundan sonra bu əziz millətimizin iradəsini heç kim qıra bilməyəcək. Ölkəmizi, vətənimizi heç kimə təslim etmədik və gələcəyimizi də xainlərə təslim etməyəcəyik. Xainlər xəyanətin hesabını verəcəklər. Bütün günahkarların cəzası veriləcək. Biz isə inamla yolumuza davam edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info