Kibernetik bombalar
Tarix: 29.04.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Yəqin ki, çoxlarımız artıq silah müharibəsinin arxada qaldığını və hazırda daha çox informasiya müharibəsinin aparıldığını bilirik. Təbii ki, bu cür informasiya müharibəsinin yazılan və yazılmayan qanunları da mövcuddur. Bu müharibədə hətta elə vasitələrdən istifadə mümkündür ki, həmin vasitələr odlu silahla müqayisədə heç də az gücə malik deyil. Məsələn, kiberhücumlar. Artıq bir çox dünya ölkələri hakerlərin bu cür kiberhücumlarına məruz qalır və bu cür hücumlar həmin ölkələrə əhəmiyyətli məbləğlərin itirilməsi hesabına başa gəlir. Bir sıra dövlətlər məhz bu cür hücumların qarşısının alınması üçün silsilə tədbirlər görür.
ABŞ-ın “El Nuevo Herald” nəşri ötən həftə “Associated Press” agentliyinin “Twitter” hesabına edilmiş kiberhücum və bu cür kiberhücumlara daha çox məruz qalan ölkələr və hakerlərin daha aktiv olduğu dövlətlər barədə maraqlı araşdırma yazısı dərc edib. Həmin yazını oxucularımıza təqdim edirik:
“Müasir dövrdə kibernetika hücumu odlu silah kimi ölümcül nəticəyə gətirib çıxara bilər. Bu fonda Venesuela prezidenti Nikolas Maduronun ölkənin elektrik sistemində fövqəladə vəziyyət elan edilməsi və ölkənin bütün elektrik stansiyalarının silahlı mühafizəyə götürülməsi ilə bağlı qərarı qeyri-adekvat görünə bilər.
Nikolas Maduronun təşəbbüsü ilə irəli sürülmüş bu qərarın qəbulu ərəfəsində düşmənlərin axtarılmasının daha gizli vasitələrini irəli sürən təbliğat kampaniyasına başlanılmışdı. Belə ki, Maduro dəfələrlə elektroenergetika obyektlərində sabotaj aktlarının hazırlanması barədə bildirmiş və hətta iddia etmişdi ki, Çavesi “xərçəngə qatı imperialist qüvvələr yoluxdurub”.
Kampaniyanın hədəfi - xalqın diqqətini kəskin enerji böhranından və seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı müxalifət namizədi Enriki Kaprilesin ittihamlarından yayındırmaq idi.
Hazırda ən yaxşı strategiya düşmən ordusuyla döyüşə hazırlaşmaq deyil. Kibernetika hücumlarının qarşısının alınmasına və kompyuter quldurlarından müdafiə olunmağa çalışmaq lazımdır.
Ötən həftə hakerlər Amerika informasiya agentliyi “Associated Press”in “Twitter” hesabını sındırmış və mikrobloqda Ağ Evdəki iki partlayış haqqında xəbər yerləşdirmişdilər. Həmçinin cinayətkarlar yazmışdılar ki, ABŞ prezidenti Barak Obama partlayışlar zamanı yaralanıb. Bu, Amerika fond indekslərini dağıtmaq üçün kifayət idi. Üç dəqiqə ərzində Nyu-Yorkun fond birjası 136 milyard dollardan çox vəsait itirdi ki, bu da Argentinanın 20 il ərzində yığılmış xarici borcuna bərabərdir.
Ola bilər ki, dərhal yaxalanan həmin hakerlər “Twitter”də “Xəbərdarlıq! Ağ Evdə iki partlayış. Barak Obama yaralanıb” sözlərini yerləşdirməklə zarafat etmək istəyiblər. “Wall Street” kompyuterlərində yerləşdirilmiş proqramlar bu cür informasiyalara dərhal reaksiya verirlər, lakin onun zarafat və ya həqiqət olduğunu ayırmaq imkanına mailk deyillər.
İqtisadi kibercinayət dünyanı əsl qarabasmaya çevirib. “Symantec” şirkətinin məlumatlarına əsasən, keçən il bu cür cinayətlər üzündən itirilən məbləğ 388 milyard dollar təşkil edib. Dünyada, əsasən də ABŞ, Braziliya, Ukrayna və Rusiyada 3000 nəfərdən çox peşəkar haker fəaliyyət göstərir ki, onlar da bankların və dövlət idarələrinin məxfi informasiyalarını sındırmağı bacaran müxtəlif növ viruslar hazırlayırlar.
Sənaye casusluğu üzrə liderliyi isə Çin qoruyub saxlayır. Bu məqsədlə hətta Çin Silahlı Qüvvələrində 61398 xüsusi bölmə yaradılıb.
Çinin xüsusi bölmələrinin əməkdaşları son zamanlar “Google”, "Dow Chemical”, "New York Times”, Cənubi Koreya bankları və KİV-inə qarşı 200-dən çox əməliyyat keçiriblər.
İnternet özündə ciddi təhlükəsizlik problemləri daşıyır, hansılar ki heç bir hökumət rəqəmli texnologiyalarda olduğu kimi bu sahədə tezliklə təhlükəsizlik sistemlərini təkmilləşdirə bilmir. ABŞ prezidenti Barak Obama Amerika hərbçiləri qarşısında maliyyə sistemləri, enerji təchizatı, atom stansiyaları və ökənin hava hərəkəti idarəetməsinə qarşı yönəldilmiş kiberhücumları neytrallaşdırmaq tapşırığını irəli sürərək kibertəhlükəsizliyin təmin olunması məsələsini qoydu.
“Trustwave” tərəfindən hazırlanmış “Qlobal təhlükəsizlik 2013” məruzəsində deyilir ki, Latın Amerikasında daha çox kiberhücumlara Braziliya, Meksika, Peru, Kolumbiya, Argentina məruz qalır. Bu ölkələrdə buna qarşı görülən tədbirlərə, hətta yeni texnologiyaların sayının artmasına baxmayaraq, regionda hakerlərə qarşı yönəldilmiş sinxronizasiya tədbirləri istiqamətində dövlətlərarası addımlar atmaq lazımdır.
Məhz bu səbəbdən Venesuela hökumətinin ölkənin elektrik qüvvəsi təchizatı sistemində fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərarı hazırda dünyada adi silahlara baxanda daha çox ziyan vurmağa qadir görünməyən “kibernetika bombaları” ilə müqayisədə az əhəmiyyətlidir və bu sahədə kifayət etmir”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info