Qətərə qarşı sanksiyalar ləğv edilməyəcək
Tarix: 14.07.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Malayziya problemlə əlaqədar regiona xüsusi nümayəndəsini göndərir
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir tələbləri yerinə yetirilməyənədək Qətərə qarşı sanksiyaları geri götürməyəcəklər. “Əl-Ərəbiyə” telekanalının xəbərinə görə, bu barədə dörd ərəb ölkəsinin birgə bəyanatında bildirilir. “Rəsmi Doha ədalətli tələbləri tam yerinə yetirməyənədək Qətərə qarşı məhdudiyyətlər qüvvədə qalacaq”, bəyanatda vurğulanıb. Bu arada prosesə Malayziya hökuməti də qoşulub. Bu ölkənin “Star” qəzeti baş nazir Nəcib Razakın bəyantını yayıb. Həmin bəyanatda qeyd edilir ki, Malayziya Fars körfəzində yaranmış böhranın həlli ilə əlaqədar vasitəçi qismində iştirak etməyə hazırdır və bu məqsədlə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına öz xüsusi nümayəndəsini göndərəcək. Bəyanatda deyilir: “Müdafiə naziri Hişamuddin Huseyn gələn həftə bu üç ölkəni ziyarət edərək yayanmış vəziyyətin həqiqi səbəblərini araşdıracaq. Biz problemin həllinə kömək etməyin yollarını aydınlaşdırmağa çalışacağıq”. Baş nazir əlavə edib ki, müdafiə naziri davam edən böhranla əlaqədar Malayziyanın və regionun digər ölkələrinin narahatlığını da çatdıracaq. Hökumətin başçısı, həmçinin gərginliyi azaltmaq üçün Küveyt əmrinin fəaliyyətini dəstəklədiklərini də ifadə edib. Bundan əlavə, N.Razak qeyd edib ki, yaranmış vəziyyətdə Kuala Lumpur neytral mövqe tutur və digər ölkələri də üçüncü ölkələrin daxili işlərinə qarışmamağa çağırır. İyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb. Daha sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info