“Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq”
Tarix: 14.07.2017 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını xatırladaraq, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdə 2 mindən çox sənəd qəbul olunduğunu deyib: “Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.
Siyahı hərtərəflidir, istər elektron media, televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb.
Bundan başqa, ailə başçılarını itirmiş jurnalist ailələri də müraciət edib. Onların da müraciətləri nəzərə alınıb. Tam şəffaf, ədalətli seçim edilib".
V. Səfərli nəticədən razı olmayan jurnalistlərin şikayəti ilə bağlı məsələyə də münasibət bildirib.
"Hamı hesab edir ki, ev almağa layiqdir. Lakin ev sayı 255, müraciətlərin sayı isə 2 mindən çoxdur. Ona görə də məsələ tam şəffaf şəkildə araşdırılaraq, jurnalistlərin xidmətləri, stajları, bir sözlə, bütün şərtlər nəzərə alınaraq seçim edilib.

Bilirsiniz ki, kriteriyalarda 3 il fasiləsiz iş stajının olmasını qeyd eləmişdik. Lakin komissiyada baxdıq ki, bu məsələ narazılıq yaradır. Ona görə də biz bu şərti ancaq redaksiya və televiziyalarda işləyən jurnalistlərə şamil etdik ki, qalan jurnalistlər də fərdi qaydada müraciət edə bilsinlər", - deyə V. Səfərli qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info