Asiya iqtisadiyyatı tədricən bərpa olunacaq
Tarix: 29.04.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


2013-cü ildə Asiya-Sakit okean regionunun iqtisadiyyatı dünyanın iqtisadi perspektivlərinin yaxşılaşması fonunda tədricən yaxşılaşacaq, lakin bəzi regionlarda maliyyə qeyri-sabitliyi riski artacaq. Bu barədə məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) məruzəsində yer alıb.
BVF-nin proqnozlarına görə, regionun iqtisadiyyatı 2013-cü ildə 5,7 faiz artacaq ki, bu da oktyabr ayının proqnozu ilə müqayisədə 5,9 faiz azdır. 2012-ci ildə sürət tempi 5,3 faiz təşkil edib. BVF Asiya-Sakit okean regionuna Avstraliya, Yeni Zelandiya, habelə Cənubi Asiyanın Banqladeş, Hindistan və Şri-Lanka kimi ölkələrini şamil edir.
Asiyada gözlənilən sabit inkişafın əsasını təşkil edən başlıca amillər ASB, Aİ və Yaponiyanın yumşaq pul-kredit siyasətinin doğurduğu fəal daxili tələbat, habelə güclü kapital axınıdır.
BVF gözləyir ki, portfel investisiyalarının axını aktivlərin dəyərinin və kredit fəallığının artması hesabına şəxsi istehlakı genişləndirəcək. Fondun ekspertləri hesab edirlər ki, investisiya axını, xüsusən, bəzi ölkələrdə, o cümlədən Malaziya, Flippin və Sinqapurda kreditlərdən rahat istifadə olunması ilə birlikdə qiymətlərin kəskin artmasına gətirib çıxaracaq. Çin Asiya iqtisadiyyatının lokomotivi olaraq qalmaqdadır. Bu ölkədə ümumdaxili məhsul 2013 və 2014-cü illərdə müvafiq olaraq 8 və 8,2 faiz artacaq. Yaxın iki ildə Cənub-Şərqi Asiyada 5,5 faiz səviyyəsində sabit artım müşahidə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info