Özbək jurnalistlərin və yazarların Azərbaycana mediaturuna start verilib
Tarix: 14.07.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə, Özbək jurnalistlərin, yazarların “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir.
Bununla əlaqədar cari il 17-24 iyul tarixlərində qardaş Özbəkistanın nüfuzlu media qurumlarının, təmsilçilərinin və yazarların Azərbaycana media turu təşkil olunacaqdır.
Media turun təşəbbüskarları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Millin Məclisinin deputatı Qənirə Paşayevadır.
Layihəyə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Milli Mətbuat Şurası dəstək göstərir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə layihənin əsas məqsədi Özbək yazarlara və junrnalistlərə ölkəmiz, onun son illər əldə etdiyi nailiyyətlər, respublikamızın ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırmaq, habelə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirmək, Azərbaycan və Özbəkistan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına dəstək olmaqdır.
Qeyd edək ki, bir həftə ərzində Bakı şəhəri və regionları ziyarət edəcək Özbək jurnalistlər, keçiriləcək görüşlərdə, tədbirlərdə iştirak edərək öz ölkələrinə qayıtdıqdan sonra yerli mətbuatda - Özbək xəbər saytlarında ölkəmizlə bağlı silsilə məqalələr veriləcək, Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, ədəbiyyatı, son illər əldə etdiyi nailiyyətlətlərə dair Özbəkistanın televiziya kanallarında çoxsaylı verilişlər nümayiş etdiriləcək, Azərbaycan səfərinə dair film hazırlanacaqdır.
Bundan başqa, bir çox saytların “video” bölməsi olmasını nəzərə alaraq Azərbaycana və ölkəmizin regionlarına olan səfərlərə dair videomateriallar sonda özbək saytların video bölmələrində, habelə internetin “youtube.com” saytında yerləşdiriləcəkdir.
Səfər zamanı Bakıda Azərbaycan və Özbək jurnalistlər arasında yaradıcılıq görüşünün keçirilməsi, ölkəmizin zəngin tarixi, mədəniyyəti, turizm potensialının təbliği məqsədlə bir sıra şəhərlərində ziyarəti, habelə orada çəkilişlərin aparılması həyata keçiriləcəkdir.
Qonaqların 22 iyul - Azərbaycan Milli Mətbuatının yaradılmasının ildönümü, Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı Bakıda təşkil olunacaq tədbirdə iştirakı nəzərdə tutulub.
Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələrinin qardaş ölkənin media təmsilçiləri və yazarlarına çatdırılması məqsədi ilə Bakıda Şəhidlər Xiyabanı, Qubadakı Soyqırım abidəsi ziyarət ediləcək, Tərtər rayonunda təmas xəttindəki kəndlərə, Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə qonaqların səfəri təşkil olunacaqdır.
Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü adlı mediaturda Özbək tarixçi – alim, araşdırmaçı, Özbəkistanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti barədə kitabların müəllifi Şuxrat Salamov, Özbəkistanın tanınmış yazarı-jurnalisti, aparıcı “Dərəxçi” xəbər saytının baş redaktoru Rüstəm Cabbarov, Özbək şairə, yazıçı, Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümələrin və kitabların müəllifi Şəhla Qasımova, jurnalist, Özbəkistanın çoxsaylı aparıcı xəbər saytlarının şərhçisi Abduvali Soibnazarov, “Uzbekistantoday” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, tanınmış jurnalist Dilbar Babacanova, ən çox oxunan “kun.uz” xəbər saytının jurnalisti Lola Raxmanbayeva, aparıcı “1news.uz” xəbər saytının baş redaktoru Şuxratjon Oripov, “kultura.uz” saytının baş redaktoru, tanınmış jurnalist Boris Babayev, Özbəkistan Dövlət Televiziyasınnın, “Dunyo boylab” telekanalının jurnalisti Elmira Tukhtavatulina, Özbəkistan Dövlət Televiziyasınnın və “Ailəvi kanalı”n jurnalisti Gülya Safayeva və “102 FM” radiosunun jurnalisti, xəbər saytların muxbiri Rimma Sabircanova iştirak edirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info