Səfir: “Terrorçuluqla mübarizədə Azərbaycan da bizə dəstək olub”
Tarix: 14.07.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


“İraq ərazisində demək olar ki, İŞİD terrorçuları qalmayıb”.

Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fədhil Avad Cebur əl-Şuvayli Mosulun “İŞİD” qruplaşmasından azad olunması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Bütün dünya dövlətlərinin "qara terror"a qarşı mübarizə apardığını deyən diplomat “İŞİD” tərkibində 100-dən çox ölkə nümayəndəsinin döyüşdüyünü söyləyib: "Bu, torpaqların azad olunmasından əvvəl insanlığın azad edilməsi idi. “İŞİD” insanlığı alçaltmağa çalışıb. Bir çox dövlətlər bizə kömək edib. Bu təkcə bizim yox, bizə kömək edənlərin qələbəsidir. Azərbaycan da terrorçuluqla mübarizədə bizə dəstək olub".

Diplomat İraq hökuməti qarşısında duran prioritet məsələlər arasında Mosulun bərpa edilməsi və qaçqınların şəhərə qayıtması kimi məsələlərin olduğunu vurğulayıb. Diplomat ölkədə terrorçuluqla mübarizə aparan qüvvələrin birləşdiyini söyləyib.
"Onlar yezidi qadınlar və qocaları yandırıblar, 2 milyona yaxın insan Mosuldan qaçqın düşüb. İraq ordusu xaricdən gələn terrorçuları ölkədən qovub. Yunus peyğəmbərin qəbri, məscidlər dağıdılıb. Dost dövlətlər bizə yardım edəcək. Bir çox dövlətlər bizə yardım olub, o cümlədən Azərbaycan".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info