Qəbələyə 52 mindən çox xarici turist gəlib
Tarix: 14.07.2017 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Son illər Qəbələ rayonunda turizmin inkişafı üçün görülən işlər, inşa edilən yeni otel, istirahət və əyləncə mərkəzləri, yaradılan müasir infrastruktur, beynəlxalq mədəniyyət və idman tədbirləri rayona gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. Rayonun əsrarəngiz təbiəti və göstərilən yüksək xidmət də turistləri cəlb edən vacib amillərdir.
Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov bildirib ki, rayon gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli guşələrinə, çay və göllərinə, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedicidir. Otellərdən verilən məlumata görə, bu il yanvarın 1-dən iyulun 1-dək Qəbələyə 95 min 827 nəfər turist gəlib ki, bunun da 52 min 132-si əcnəbi olub.
Xarici turistlər əsasən müsəlman ölkələrinin vətəndaşlarıdır. Hesablamalara görə, Qəbələyə ötən 6 ayda 40 mindən çox ərəb turist gəlib.
Turistlərin istirahətinin mənalı təşkili üçün rayonda yüksək şərait yaradılıb. Hazırda demək olar ki, rayonun bütün otelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə doludur. Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, İraq, Qətərdəndir. Qonaqlar Qəbələnin müasir otelləri ilə yanaşı, həm də çay və meşə kənarında yerləşən və sərfəli qiymətə kirayə verilən yüksək şəraitə malik kənd evlərində, kotteclərdə də dincəlirlər. Müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Onlar rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşir, sonra turizm şirkətinin nümayəndələri tərəfindən Qəbələnin tarixi abidələrinə, müasir istirahət və əyləncə mərkəzlərinə, mənzərəli yerlərinə tanışlıq səfərləri təşkil edilir.
Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otel və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3000 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. Bu il rayona 200 minə yaxın turistin gələcəyi gözlənilir. Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, Qəbələyə turist axını hər il yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info