Türkiyəli zabitlərin Azərbaycana səfəri başa çatıb
Tarix: 14.07.2017 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı müdafiə nazirinin əmrinə əsasən, ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub.
Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Proqrama əsasən, Bakıda səfərdə olan qonaqlar Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət ediblər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası və Xalçaçılıq muzeyinə baş çəkiblər.
Onlar xalqımızın zəngin mədəni irsi, Bakının qədim tarixi abidələri haqqında məlumatlandırılıb, son illər paytaxtımızda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, ölkəmizə təşkil olunan ongünlük səfər çərçivəsində Bakı, Gəncə, Şəki, Göygöldə olan türkiyəli zabitlər və onların ailə üzvləri xoş təəssüratlarla vətənə dönüblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info