İsa Həbibbəyli: “AMEA-da elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi prioritet istiqamətlərdən biridir”
Tarix: 14.07.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azad Həmkarlar İttifaqının və Alimlər Evinin təşkilatçılığı ilə üçüncü "Fizika və lirika" konfransı keçirilib.
AMEA-nın Dendrologiya İnstitutunda keçirilən tədbir çərçivəsində akademiyanın əməkdaşlarının bədii yaradıcılığını özündə əks etdirən "Biz də varıq" və "Plyus bədii yaradıcılıq" ədəbiyyat antologiyalarının təqdimat mərasimi olub. Konfrans iştirakçıları AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar.
AMEA-nın marşı ilə başlanan konfransda akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Fizika və lirika" konfransının əhəmiyyətindən danışıb. Bildirilib ki, müvafiq mövzuda növbəti konfrans MDB ölkələri səviyyəsində beynəlxalq miqyasda keçiriləcək. "Biz də varıq" və "Plyus bədii yaradıcılıq" ədəbi almanaxları AMEA-da elmlə yanaşı, digər sənət sahələrinin yaranıb inkişaf etdiyinin göstəricisidir.
Azad Həmkarlar İttifaqının sədri İsa Alıyev və başqaları iştirakçılara indiyədək keçirilmiş "Fizika və lirika" konfransları barədə məlumat verib, yeni nəşrlər barədə fikirlərini bölüşüblər.
Sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmmədin "Fizika və lirika" konfransları: elmlə ədəbiyyatın dialektik əlaqəsi", bu elm müəssisəsinin baş elmi işçisi, professor Vüqar Əhmədin "AMEA-da ədəbi proses: mövcud vəziyyət və qarşıda duran vəzifələr", professor Rəhim Əliyevin "Biz də varıq" şeir antologiyası elm adamının bədii düşüncəsinin ifadəsi kimi", aparıcı elmi işçi Rasim Qurbanovun "Müasir ədəbi prosesdə "plyus bədii yaradıcılıq" ədəbi antologiyasının yeri və əhəmiyyəti" mövzularında məruzələri dinlənib.
Jurnalistlərə müsahibəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur.
Akademik İ.Həbibbəyli deyib: “Bu çərçivədə AMEA-nın humanitar və ictimai elmlər bölmələrini əhatə edən ənənəvi “Fizika və lirika” mövzusunda konfranslar keçirilir. Üçüncü dəfə təşkil edilən konfransda şərti olaraq fizika təbiət elmlərini və dəqiq elmləri, lirika isə bədii yaradıcılığın bütün sahələrini özündə cəmləşdirir. Təbiət elmlərinin ədəbiyyat və bədii yaradıcılıqla, elmi idrakla bədii təfəkkürün qarşılıqlı əlaqəsinin və sintezinin fərqli hansı ədəbiyyatı, sənəti meydana çıxaracağını göstərmək istəyirik. Fundamental elmi tədqiqatlar aparan alimlərimizin bədii yaradıcılığında, təsviri sənət nümunələrində vəsflə yanaşı, dərk etməyə, mahiyyəti açmağa meyil özünü daha çox göstərir. Akademiya mühitində yaranan elm və bədii təfəkkür yeni tipli bədii sənət ortaya qoyur. Yeni tipli bu bədii sənət bütövlükdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına və zənginləşməsinə xidmət edir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info