“FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəyə xəbərdarlıq edir və diqqətli olmağa çağırırıq”
Tarix: 14.07.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKPi) sədr müavini, partiya sözçüsü Mahir Ünal bir qrup xarici media mənsubu ilə görüşüb.

M. Ünal Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət strukturlarına sızdığını deyib: “40 illik keçmişi olan FETÖ guya demokratiyanı, dəyişikliyi müdafiə edən bir hərəkat kimi çıxış edirdi. Ancaq 2013-cü ildə onun kənardan əmr alaraq, hərəkət edən bir qurum olduğunu gördük. Bir anda Pensilvaniyaya gedib-gələn jurnalistlərin, digərlərinin zombiyə çevrildiyinin şahidi olduq. Bəzən bizə deyirlər ki, 2013-cü ildə rüşvətxorluq və korrupsiya ittihamı ilə həbs edilənləri, saxlanılanları niyə müdafiə edirik. 2013-cü il 17-25 dekabrda hüquq adı altında çevriliş cəhdindən sonra onların mahiyyəti məlum oldu. Eyni təşkilatın üzvü olan prokuror ittiham irəli sürür, hakim qərar verirdi".

M. Ünal qeyd edib ki, FETÖ dünyada 160 ölkədə fəaliyyət göstərir: "FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəyə xəbərdarlıq edir və diqqətli olmağa çağırırıq. FETÖ-nün yatmış hücrələri fəaliyyətə keçən zaman Türkiyədə kimi, o ölkələr də böyük təhlükə, fəlakətlə üzləşə bilər".

M. Ünal Türkiyədə söz azadlığının qorunmasına xüsusi önəm verildiyini vurğulayıb: "Ancaq 15 iyul hərbi çevriliş cəhdindən əvvəl bəzi mətbuat orqanlarında yazırdılar ki, iyulda yaxşı şeylər olacaq. Rəcəb Tayyib Ərdoğanın edam olunacağını yazırdılar. Bu, nə dərəcədə jurnalistika ilə əlaqəlidir".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info