“Dünya azərbaycanlılarının palitrası” kitabının Gürcüstanda təqdimatı keçirilib
Tarix: 14.07.2017 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


İyulun 14-də Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu “Dünya azərbaycanlılarının palitrası” kitabının Gürcüstanda təqdimatı keçirilib. Tbilisidə M.F.Axundovun ev muzeyində keçirilən təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR Georgianın nümayəndələri, həmçinin azərbaycanlı ziyalılar, gənclər və jurnalistlər iştirak ediblər. Tədbiri M.F.Axundovun ev muzeyinin direktoru Leyla Əliyeva açaraq qonaqları salamlayıb. O, kitabın dünya azərbaycanlılarının, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızın bir araya gəlməsində rolundan danışıb. Tədbirdə iştirak edən Fuad Hüseynzadə bildirib ki, kitab dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə çap olunub. O qeyd edib ki, kitabda bu vaxta kimi diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb: "Ümumi olaraq kitabda 170 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Hər bir müsahibə öz dövrünün reallığını əks etdirir". Müəllif nəzərə çatdırıb ki, kitabdakı diaspor üzvləri hər zaman dövlətçiliyi və Prezidentin yürütdüyü siyasəti dəstəkləyirlər. Daha sonra kitabın xarici ölkələrdə təqtimatı ilə bağlı hazırlanmış slayd nümayiş olunub. Təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Borçalı İrəli İctimai Birliyiyinin sədri Məhəbbət İmanov, Gürcüstanın Azərbaycanlı Hüquqşunaslar Assosiasiyasinın sədri Əli Bədirov, Gürcüstanın Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov çıxış edərək kitab haqqında öz fikirlərini bildiriblər. Kitabda müsahibəsi yer alan Avropanın Azərbaycanlı Dostları Mərkəzinin rəhbəri Leyla Babayevanın anası Qızyetər Babayeva qızına göstərdiyi diqqətə görə müəllifə təşəkkür edib. Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli çıxış edərək DJB-nin keçirdiyi layihələrdən danışıb. Xatırladaq ki, kitabın bundan əvvəl Rusiya, Yaponiya, İsveç, ABŞ, İsrail və Qazaxıstanda təqdimatı olub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info