Gənclərin vahid internet şəbəkəsi yaradılacaq
Tarix: 29.04.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) Mərkəzi Şurasının iclası keçirilib. DAGB-dan bildiriblər ki, tədbirdə çıxış edən Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) idarə heyətinin üzvü Emin Hacıyev bu qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı təbrikini çatdırıb.
Tədbirin əhəmiyyətini vurğulayan E.Hacıyev təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif sahələr üzrə fəaliyyətin istiqamətlərinin əlaqələndirilməsi və digər məsələlər ilə bağlı fikirlərini bölüşüb. Qeyd edilib ki, azərbaycanlı gənclərin nümayiş etdirdikləri fəallıq nəticəsində son illərdə bir sıra nailiyyətlər əldə olunub. Bu nailiyyətlər gənclərin böyük potensiala malik olduğunun bariz nümunəsidir. E.Hacıyev RAGT-ın dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Çıxış edənlər təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycan tarixinin və dilinin xarici ölkələrdə tədris olunması, xarici ölkələrin gənclər təşkilatlarının azərbaycanlı gənclərlə hərtərəfli əlaqələrin qurulması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi və digər məsələlərlə bağlı təkliflərini irəli sürüblər.
Tədbirdə DAGB Mərkəzi Şurasının üzvləri tərəfindən irəli sürülən təkliflər də nəzərə alınaraq yekun qərar qəbul edilib. Qərarda DAGB-ın növbəti qurultayının Azərbaycanda keçirilməsi, gənclərimizin vahid internet şəbəkəsinin yaradılması üçün müvafiq tədbirlərin görülməsi, 2013-cü ildən başlayaraq Azərbaycanın turizm bölgələrində xaricdə yaşayan gənclərimiz üçün “Yay düşərgəsi” layihəsinin həyata keçirilməsi və digər təkliflər əksini tapıb.
Sonra DAGB Mərkəzi Şurasının bəyanatı yekdilliklə qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info