“Ermənistanla birləşmiş qoşun qruplaşması Rusiya komandanlığı altında olmalıdır“
Tarix: 14.07.2017 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib. Saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatını, formalaşdırılmasını və istifadəsini müəyyən edir. Sazişdə qeyd olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir. Müqaviləyə əsasən, birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı birbaşa hücum hazırlığını müəyyənləşdirmək və dəf etmək; hər iki ölkənin dövlət sərhədini qorumaq; hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək; hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir. Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur. Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur. Beşillik saziş avtomatik olaraq növbəti 5 il müddətinə uzadıla bilər. APA-nın məlumatına görə, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında çıxışı zamanı bəyan edib ki, Rusiya Federasiyası və Ermənistan birləşmiş qoşun qruplaşması istisnasız olaraq Rusiya komandanlığı altında olmalıdır. O qeyd edib ki, Rusiya ərazisindən kənarda hərbi bazalar və birləşmiş qoşunlar üzərində birgə komandanlıq qəbuledilməzdir: "Bütün hərbi bazalar və birləşmiş qoşun qruplaşmaları üzərində komandanlıq ancaq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının və ali baş komandanın əlində olmalıdır". Rusiyalı siyasətçinin fikrincə, birgə komandanlıq görünməmiş mənfi nəticələrə gətirib çıxara bilər: "Bizim icazəmiz olmadan onlar hansısa döyüş fəaliyyətinə başlayacaqlar və biz də avtomatik olaraq buna qoşulmuş olacağıq".




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info