«Nairit» zavodunun işçiləri aksiya keçiriblər
Tarix: 30.04.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Ermənistanın «Nairit» zavodunun işçiləri etiraz aksiyası keçiriblər. «Novosti NK» xəbər verir ki, «etiraz marşı»nın səbəbi işçilərin 10 aydır əməkhaqqı ala bilməmələridir. Zavodun mətbuat xidmətinin rəhbəri Anuş Arutyunyan bildirib ki, işçilər hökumət binasının qarşısında toplaşıblar. İştirakçılardan bir neçəsi binaya daxil olaraq hökumət rəsmiləri ilə danışıqlar aparıb:
«İşçiləri sadə bir sual maraqlandırır-zavod nə vaxt işləməyə başlayacaq və onlara olan borclar nə zaman ödənəcək». Aksiyada zavodun 1700 işçisi iştirak edib. Zavodun işçiləri ötən ilin noyabr ayında da analoji aksiyanı prezident iqamətgahının qarşısında keçirmişdi. İşçilər həmin vaxt 11 aydır ala bilmədikləri maaşlarını tələb edirdilər. Sonradan onlara bir neçə dəfə əməkhaqqı ödənsə də, zavodun hələ də işçilərə 10 aylıq maaş borcu var. Qeyd edək ki, zavod 2008-ci ildən etbarən düşdüyü böhran vəziyyətindən çıxa bilmir. Həmin ildən etibarən müntəzəm şəkildə maliyyə problemləri ilə qarşılaşan zavod bu günə qədər təxminən 1500 işçi ilə vidalaşmalı olub. Səhmlərinin 10 faizi dövlətə, 90 faizi «Rhinoville Property Limited» şirkətinə məxsus olan zavodun Rusiyaya satılması məsələsi gündəmdədir. Daha doğrusu, alınan borca görə zavodun Rusiyaya peşkəş edilməsi gözlənilir.

ANAR




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info