Britaniya Avropa İttifaqına borcu olduğunu etiraf edib
Tarix: 14.07.2017 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Böyük Britaniya ilk dəfə olaraq “Brexit”lə əlaqədar Avropa İttifaqı qarşısında maliyyə öhdəliklərinin olduğunu etiraf edib. “The Financial Times” qəzeti xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, Londonun bu addımı gələn həftə Brüsseldə “Brexit”lə bağlı başlayacaq danışıqlarda genişmiqyaslı münaqişənin qarşısını ala bilər. Britaniya hökuməti parlamentə yönəldilən “maliyyə tənzimləməsi” məsələsinə dair yazılı bəyanatda etiraf edir ki, “Böyük Britaniyanın Avropa İttifaqı, Avropa İttifaqının isə Böyük Britaniya qarşısında öhdəlikləri var və bu məsələləri mütləq həll etmək lazımdır”. “Bu bəyanatda Böyük Britaniya əvvəlkindən fərqli olaraq çox irəli gedib, - deyə qəzetə müsahibəsində “Brexit”ə hazırlıq prosesində iştirak edən avropalı diplomatlardan biri bildirib. Bu addım gələn həftə “elektroşoker zərbəsinin” qarşısını alacaq”. Bildirilir ki, Brüssel bir qədər əvvəl Böyük Britaniyanın bloku tərk etdiyi üçün “boşanma cəriməsini” 100 milyard avro dəyərində qiymətləndirmişdi.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info