Fransa Suriya siyasətini dəyişdi
Tarix: 14.07.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Makron: “Bəşər Əsədin hakimiyyətdən getməsi Fransa üçün vacib şərt deyil”

“Dəməşqdəki səfirliyi bağlamaq, Əsədlə əlaqələri kəsmək, bütün müqavilələri ləğv etməklə müsbət heç nəyə nail olmadıq”

Fransa dövlət başçısı Emmanuel Makron Parisdə səfərdə olan ABŞ prezidenti Donald Trampla görüşdən sonra keçirilən mətbuat konfransında Suriya ilə bağlı maraqlı açıqlamalar verib. Makron rəsmi Parisin Suriya ilə bağlı siyasətinin dəyişdiyini elan edib. Onun sözlərinə görə Suriya münaqişəsinin nizamlanması üçün Bəşər Əsədin hakimiyyətdən getməsi daha Fransa üçün vacib şərt deyil. Makron deyib ki, Fransa daha Əsədin hakimiyyətdən getməsi məsələsində israrçı olmayacaq: “Biz Suriya ilə bağlı doktrinamızı dəyişmişik. Əsas məqsədimiz müttəfiqlərimiz, əsasən də ABŞ-la əməkdaşlıq çərçivəsində münaqişənin həllində uğurlu nəticə əldə etməkdir. Bizim məqsədimiz istənilən qruplaşmaya məxsus olan terrorçuların məhv edilməsidir. Bizim vahid məqsədlərimizdən biri də uzun müddətli perspektiv üçün inklüziv siyasi həllə nail olmaqdır. Bu kontekstdə mən hesab edirəm ki, Bəşər Əsədin hakimiyyətdən getməsi Fransa üçün vacib şərt deyil”. Makron bildirib ki, Fransa Dəməşqdəki səfirliyini bağlamaq, Əsədlə əlaqələri kəsmək, bütün müqavilələri ləğv etməklə müsbət heç nəyə nail olmayıb: “Ona görə də Suriya ilə bağlı doktrinamıza yenidən baxmışıq. Müharibədən sonrakı proseslər üçün “yol xəritəsi”nin hazırlanmasında Əsədin təmsilçiləri, eləcə də müxalifət nümayəndələri də iştirak edəcəklər”. Maraqlıdır ki, bu məsələ Hamburqda ABŞ və Rusiya dövlət başçılarının görüşündə də müzakirə edilmişdi. Həmin görüşdə Moskva ilə Vaşinqton Suriya ilə balı müəyyən razılaşma əldə etmişdi. Rusiyalı ekspertlər bildirir ki, ABŞ artıq Əsədin hakimiyyətdən getməsində israr etmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, Moskva Suriya prezidenti Bəşər Əsədi dəstəkləmir, əksinə, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiqdir. Onun sözlərinə görə, Suriyanın və bu ölkənin liderinin taleyini yalnız bu ölkənin xalqı müəyyən edə bilər: “Biz Əsədi dəstəkləmirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiqik. Suriyaya gəlincə isə, qətnamələrdə açıq-aydın yazılıb ki, Suriyanın taleyini yalnız Suriya xalqı müəyyən etməlidir”. Rusiya prezidenti Vladimir Putin də “G20” sammitində çıxışı zamanı bildirmişdi ki, Suriyanın və Bəşər Əsədin taleyini yalnız Suriya xalqı müəyyən edə bilər. Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçev bildirib ki, Makronun Əsədin hakimiyyətdən getməsində israr etmədikləri ilə bağlı açıqlaması Parisin əsas oyunçu kimi dünya siyasətinə qayıtmaq istədiyini göstərir: !”Bu bəyanat göstərir ki, Makron və Fransa dünya siyasətinə həlledici oyunçu kimi qayıtmağı düşünülər. Fransa və ABŞ-ın Suriyada müharibədən sonrakı dövr üçün kontakt qrupunun yaradılması ilə bağlı təklifləri müsbətdir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info