Yaponiyalı həkimlərdən Şəkidə ödənişsiz göz müayinəsi
Tarix: 14.07.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Yaponiyanın “Fuci Optikal” şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda 13-cü missiyası çərçivəsində növbəti humanitar aksiyanı Mingəçevirdən sonra, Şəki şəhərində reallaşdırır. Şirkətin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış alimi, yaponiyalı doktor Akio Kanainin rəhbərlik etdiyi 6 nəfər optometrist mütəxəssis Şəki şəhərindəki 10 nömrəli tam orta məktəbdə məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı kampaniyasına start verib. Humanitar kampaniya barədə məlumat verən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Elsevər Ağayev bildirib ki, “Fuci Optikal” şirkəti Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib, 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Qurumun təmsilçisi bildirib ki, indiyədək, ümumilikdə, 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin və yerli hökumətin təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. “Fuci Optikal” şirkəti bu il təşkil edilən humanitar aksiya zamanı 4 min eynək paylayacaq, eşitmə ilə əlaqədar digər əşyaları ianə edəcək. Kampaniya çərçivəsində ümumilikdə, 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanların müayinəsi nəzərdə tutulur. Xeyriyyə aksiyasında iştirak edən məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Şəkidə başlanan göz müayinəsi aksiyasının ilk saatlarında artıq 100-dən çox məcburi köçkün müayinə edilərək eynəklə təmin olunmuşdu.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info