Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün əsas təşkilatçısı Rusiya olacaq
Tarix: 17.07.2017 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyanın ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan görüşünün əsas təşkilatçısı olacaq.
 
Bu barədə "İzvestiya" qəzetinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
 
"Moskva bu məsələdə əsas vasitəçi olacaq. Belə ki, ATƏT-in Minsk qrupunun digər üzvləri - ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib", - deyə məlumatda bildirilir.
 
Mənbə qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan liderlərini danışıqlar masası arxasına dəvət edib, lakin nəticəsi olmayıb.
 
"Bununla belə, dialoqun davam etdirilməsi prinsipial əhəmiyyət daşıyır. Məhz bu baxımdan regionda irimiqyaslı müharibə baş verməyib. Lakin tərəflərin məqsədi və baxışları hələ də fərqli olaraq qalır", - deyə nəşr mənbəyə istinadən yazır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info