“Excelsior Hotel & Spa Baku” otelində yay mövsümünün açılış mərasimi keçirilib
Tarix: 17.07.2017 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” hotelində "AtaBank" ASC-nin dəstəyi ilə ənənəvi "Summer Party" (yay partisi) açılış mərasimi keçirilib
Açılış mərasimində “AtaHolding” şirkətlər qrupunun tərəfdaşları, şirkət rəhbərləri, tanınmış ictimaiyyət xadimləri, ziyalılar, aparıcı KİV nümayəndələri iştirak ediblər.
Açılış mərasimində jurnalislərə müsahibə verən “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, hər il olduğu kimi bu ildə “Excelsior Hotel & Spa Baku” hoteli öz ənənəsinə sadiq qalaraq açılış mərasimini açıq hovuzun ətrafında təşkil edib. Bildirib ki, paytaxtımıza gələn çoxsayılı qonaqlar və şəhər sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər.
Ümumiyyətlə isə hotel şəhərin mərkəzində olsa da, bu məkan gözəl, mənzərəli, sakit bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir. Burada bol əyləncə ilə dolu gözəl günlər keçirmək olar.
Hovuz ətrafında olan "Green House" restoranı, kafe və bar qonaqlara türk və milli mətbəxin zəngin menyusu ilə xidmət göstərir.
Mərasimdə loteraya oyunu keçirilib. Mərasim iştirakçıları “Excelsior Hotel & Spa Baku” hotelinə hədiyyə paketləri, Türk Hava Yollarının İstanbula təşkil etdiyi biznes klass biletləri, o cümlədən qiymətli hədiyyələr qazanıblar. Bundan başqa mərasim iştirakçıları hotel tərəfindən təşkil olunmuş moda sərgisi ilə də tanış olublar.
Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info