Qadınlarımızın sahibkarlığa meyli daha da güclənib
Tarix: 17.07.2017 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Orta hesabla ildə 170 nəfərdən artıq gənc qadın sahibkarlıq fəaliyyətinə başlayır. Ölkəmizin iqtisadi inkişafı qadınlarımızın sahibkarlıq fəaliyyətinə başlamaq meylini daha da gücləndirib.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva deyib.
Sahibkarlığın inkişafına dövlət dəstəyinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan müsahibimiz hazırda bu işin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
“Heç uzağa getməyək. Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin aprel ayında Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının nitqi biz sahibkarlara fəaliyyətimizi genişləndirməkdə yeni istiqamət verdi. Belə ki, çıxışda bəhs olunan Azərbaycan məhsullarının xaricə ixracı sahibkarlar üçün də imkanlar yaradır. Dövlət səviyyəsində Azərbaycan məhsullarının xaricə çıxışı, tanınması, qiymətləndirilməsi sahibkarlar üçün mühüm addımdır. Qanunda edilən dəyişikliklər sahibkarlar üçün onların heç bir vergiyə cəlb olunmadan öz məhsullarını xarici ölkələrə ixrac edə bilməsi kimi imkanlar yaradır”, - deyə Z.Ağayeva bildirib.
Müsahibimiz vurğulayıb ki, dövlətimizin başçısının imzaladığı fərmanlar özəl sektorun inkişafını daha da sürətləndirməyə təkan verib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının sahibkarlığın inkişafında mühüm rolu var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlə təmin olunublar. Yeni müəssisələr, istehsal müəssisələri, fabriklər açılıb, minlərlə işsiz vətəndaşlar işlə təmin olunub. Eyni zamanda, biznesin inkişafı ilə əlaqədar olaraq xeyli təşkilatlar dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb.
Qeyd edək ki, Sahibkar Qadınlar İctimai Birliyi 2001-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın 12 rayonda mərkəzi, 5000-dən artıq üzvü var, onların 60 faizini gənclər təşkil edir. Birliyin fəaliyyətinin əsasını ölkəmizin iqtisadiyyatını daha da gücləndirmək məqsədilə qadın və qızlarımızın biliyini, zəkasını bu sahəyə yönəltməkdir.
Z.Ağayevanın sözlərinə görə, rəhbərlik etdiyi ictimai birlik sahibkar qadınlarla tez-tez görüşlər keçirir, problemləri ilə yaxından tanış olur, həmin problemlərin həllində daim onları dəstəkləyir. “Birlik gəncləri istədikləri sahə üzrə peşə kurslarına cəlb edir. Onlar peşəyə mükəmməl yiyələndikdən sonra sahibkarlıq fəaliyyətinə ruhlandırmaq üçün bu sahədə maarifləndirici təlimlər keçirir və onlara sahibkar olmaq üçün imkanlar yaradılır. Qadın sahibkarların təcrübə mübadiləsində iştirakı üçün xarici ölkələrə səfərlərini təşkil edirik. Orada onlar sərgi-biznes forumlarda, konfranslarda, xarici iş adamları ilə ikitərəfli görüşlərdə iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin dəvəti və dəstəyi ilə xeyli sahibkarlarımız xarici ölkələrdə təcrübə mübadiləsində iştirak edir və müsbət praktikanı öz işlərində tətbiq edirlər. Bu isə qadın sahibkarlığının inkişafının elmi əsaslar üzərində qurulması deməkdir”, - deyə Z.Ağayeva diqqətə çatdırıb.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yeni fəaliyyətə başlamaq istəyən qadın sahibkarların maarifləndirilməsi məqsədilə onlara Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydaları, güzəştli kreditlərin verilməsi mexanizmi, kredit alınması üçün tələb olunan sənədlər, kiçik həcmli investisiya layihələrinin hazırlanması metodologiyası və layihələrin qiymətləndirilməsi meyarlarına dair maarifləndirici treninqlər təşkil edilir, o cümlədən sahibkarları maraqlandıran suallar cavablandırılır.
Mütəmadi olaraq qadın sahibkarlara fondun maliyyələşdirdiyi mühüm investisiya layihələri barədə məlumat kitabları, onların istifadəsi üçün çoxsaylı bukletlər, tədbirin təşkil olunduğu inzibati rayonun (şəhərin) mövcud iqtisadi potensialına uyğun iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanan nümunəvi investisiya layihələri və digər maarifləndirici ləvazimatlar təqdim edilir.
Qadınlarımız təhsil sahəsində və səhiyyə sahəsində öz sözlərini deyərək çoxluq təşkil etdikləri kimi, sahibkarlıqda da sürətlə inkişaf etməkdədirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info