CASCFEN Xaçmaz müəllimləri üçün seminar keçirib
Tarix: 17.07.2017 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində Xaçmazdakı 7 saylı məktəbdə seminar keçirib. Açılışda çıxış edən məktəbin direktoru Şamama Nəsirova və rayon təhsil şöbəsinin metodisti İmran Müseyibli belə tədbirlərin faydasını qeyd edib. Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib. O, eyni zamanda Xaçmaz rayon icra hakimiyyətinə və məktəbin direktoru Şamama Nəsirovaya təşəkkürünü ifadə edib. Bunun ardınca o, layihə haqqında bilgi verib. CASCFEN sədri deyib ki, Azərbaycanda bir sıra şəxslər mediadan sui-istifadə edir, müəllimlərə narahatlıq yaradır. Bunun səbəblərindən biri də məktəb kollektivlərinin, onların rəhbərlərinin media ilə əlaqələrin necə qurulacağını yetərincə bilməməsidir. “Layihəmizin məqsədi odur ki, müəllimləri media ilə əlaqələrin necə qurulması ilə bağlı bilgiləndirək. Media sahəsində bilgiləriniz nə qədər çox olarsa, heç bir “jurnalist” sizi incidə bilməz”, – deyə Azər Həsrət bildirib. Sonra söz alan ekspert, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsglərli media qanunvericiliyi haqqında geniş təqdimatla çıxış edib. O, informasiya əldə etmək hüququ, bu və bənzər hüquqlardan irəli gələn vəzifələri ayrıca şərh edib. Ekspert mediadan sui-istifadə halları üzərində geniş dayanaraq iştirakçılara ayrıntılı bilgi verib. “Özünü jurnalist kimi təqdim edənlərin əksəriyyəti, əslində, mediadan sui-istifadə edənlərdir. Belə adamlarla təmasdan qaçmaq lazımdır. Bu adamların əsl məqsədi heç də xəbər yaymaq deyil. Onların əsl məqsədi insanları şantaj edib rüşvət almaq, siz müəllimləri qorxu altında saxlamaqdır”, – deyə Müşfiq Ələsgərli bildirib. Müəllimlərin də fəallığıyla keçən seminarda maraqlı çıxışlar olub. Müzəffəroba kənd orta məktəbinin direktoru Fərzalı Həsənov seminarda toxunulan mövzunun onun üçün çox faydalı olduğunu deyib. O, qeyd edib ki, belə bilgiləndirmə tədbirləri jurnalistikadan sui-istifadə hallarının qarşısını almaqda əvəzsiz rol oynayır. Öz növbəsində Azər Həsrət qeyd edib ki, Fərzalı Həsənov bölgədə söz adamlarının təşkilatlanmasında oynadığı rola, əvəzsiz xidmətlərinə görə, CASCFEN-in diplomuyla təltif edilib. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib. Layihə çərçivəsində sonuncu seminar iyul ayının 28-də Bakıda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info