Ağır atletika üzrə yığma komandamız Astarada təlim-məşq toplanışında
Tarix: 17.07.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Qadınlardan ibarət ağır atletika üzrə yığma komandamız AAAF Park Astaradakı təlim-məşq bazasında hazırlığını davam etdirir. Təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər. Yığmamızın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. Sentyabrın 22-30-da Kosovoda keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyi, oktyabrın 15-22-də Albaniyada keçiriləcək gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür. Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov da eyni fikirdədir. O, atletlər üçün bütün lazımi şəraitin yaradıldığını, qidalanma, istirahət, məşq imkanlarının təmin edildiyini vurğulayıb, komandamıza inamını ifadə edib: “Təlim-məşq toplanışının axarını mütəmadi izləyirik. Müəyyən vaxtlarda bura baş çəkib idmançıların hazırlıq səviyyəsinin şahidi olur, gedişatla bağlı məşqçilərlə söhbət edirik. Problemləri həll edir, tövsiyələrimizi verir, bir kollektiv şəklində uğura doğru irəliləyirik. Əminik ki, qızlarımız bizi bütün yarışlarda uğurla təmsil edəcəklər. Astaradakı çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info