“Şimal-Cənub” dəhlizi Hindistanı Şimali Avropa ilə birləşdirəcək”
Tarix: 17.07.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Hİndistanın Tehrandakı səfiri Surab Kumar Astara (İran) sərhəd şəhərində olub, Azərbaycan və İran müştərək dəmir yolu körpüsünə baxış keçirib və dəmir yolu terminalında tikinti işləri ilə tanış olub. APA-nın məlumatına görə, S.Kumarı baxış zamanı İranın Dəmir Yol İdarəsinin şimal-qərb bölgəsi üzrə idarə rəisi Əli Xudayi və Astara şəhər başçısı Yunis Rənckeş müşaiyət edib. Hindistanın Tehrandakı səfiri S.Kumar Astara-Astara dəmir yolu layihəsinin önəmindən danışıb və bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistanı Şimali Avropada Helsinki limanı ilə birləşdirəcək. "Astara - Astara dəmir yolu layihəsi və onun “Şimal-Cənub” dəhlizinə birləşdirilməsi beynəlxalq ticarətdə təsiredici rola malikdir. Biz bu dəmir yolunun təkmilləşməsində maraqlıyıq və onun potensialından istifadə edəcəyik. Astara - Astara dəmir yolu Xəzər dənizini Fars Körfəzi ilə birləşdirəcək, bu yol "Şimal-Cənub Dəhlizi"nin önəmli halqasıdır və region ölkələri arasında iqtisadi əlaqələri asanlaşdırır”, deyə səfir qeyd edib. Astara şəhər başçısı Yunis Rənckeş, öz növbəsində, İran və Azərbaycan dəmir yollarının birləşməsinin önəmindən danışıb və bildirib ki, Astara- Astara dəmir yolunun təkmilləşməsi işləri hazırda Azərbaycanın dəstəyi ilə aparılır. "Astara-Astara dəmir yolu dəmir yolu vasitəsilə yük daşımalarının sürətlə yerinə çatmasına və məsafənin azalmasına zəmin yaradır. Yolun Rəşt - Astara dəmir yoluna birləşməsi önəmli layihələrdəndir və İran İslam Respublikası ciddi şəkildə bu layihəni həyata keçirməkdə maraqlıdır".




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info