Moskva “İŞİD” liderinin taleyi barədə dəqiq məlumata malik deyil
Tarix: 17.07.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Moskvada “İŞİD” terror qruplaşmasının lideri Əbu-Bəkr əl-Bağdadinin ölümü barədə dəqiq informasiya yoxdur. Daxil olan bütün məlumatlar yoxlanılır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, alınan məlumatlar həqiqətən ziddiyyətlidir və müvafiq xidmətlər tərəfindən təhlil edilir. “Reuters” agentliyi kürd antiterror qüvvələrinin yüksək vəzifəli nümayəndəsi Lahur Talabaniyə istinadla məlumat yayıb ki, böyük ehtimalla əl-Bağdadi sağdır və Rakka şəhərindən cənubda yerləşir. Ötən çərşənbə axşamı isə İraq informasiya portallarından biri “İŞİD”-dəki mənbənin əl-Bağdadinin öldürüldüyünü etiraf etdiyinə dair xəbər yaymışdı. Xəbərdə, həmçinin deyilirdi ki, bu yaxınlarda onun varisinin adı elan olunacaq. Xatırladaq ki, bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi “İŞİD” liderinin Rakka şəhərinin cənubunda mümkün məhvi barədə açıqlama vermişdi. Nazirlikdən bildirmişdilər ki, mayın 28-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aviasiya “İŞİD” liderlərinin toplaşdığı komanda məntəqəsinə zərbə endirib. Aviazərbə nəticəsində 30-dək yüksək vəzifəli səhra komandirinin öldürüldüyü, əl-Bağdadinin də onların arasında olduğu iddia edilirdi. “İŞİD” başçısının ölümü haqqında KİV-də zaman-zaman məlumatlar yayılsa da, onların heç biri təsdiqini tapmayıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info