Gürcüstandan ermənilərə “soyuq duş”
Tarix: 17.07.2017 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Abaşidze: “Erməni tərəfinin Abxaziya yolunun açılmasına ümid etməsi üçün heç bir əsas yoxdur”

Arnold Stepanyan: “Gürcüstandan işğal olunmuş ərazilərdən yol açmağı gözləmək mümkün deyil. Gürcüstan Ermənistanın marağı üçün öz marağına zərbə vura bilməz”

Akop Bədəlyan: “Azərbaycan və Türkiyə Rusiya və Gürcüstanda olan təsir rıçaqlarından istifadə edərək bu yolun açılmasına imkan verməyəcəklər”

Son bir neçə gün ərzində Abxazyia və Cənubi Osetiyadan keçən dəmir yolunun təmir edilərək işə salınması ilə bağlı məsələ aktiv şəkildə müzakirə edilir. Bu məsələ ən çox işğalçı Ermənistanın marağındadır. Elə bu məsələni gündəmə gətirən də erməni tərəfidir. İşğalçı ölkənin nəqliyyat naziri Vaan Martirosyan bəyan edib ki, Gürcüstan-Rusiya danışıqlarının nəticəsi olaraq həmin dəmir yolu xətti yenidən açıla bilər və bununla da Ermənistan yükləri Yuxarı Lars məntəqəsi olmadan da Rusiyaya daşına bilər. Praqada Rusiya xarici işlər nazirinin müavini Karasinlə Gürcüstan baş nazirini səlahiyyətli nümayəndəsi Zurab Abaşidze arasında danışıqlar olub və həmin danışıqlarda nəqliyyat dəhlizləri ilə bağlı məsələnin müzakirə edildiyi bildirilib. Bu ilin fevral ayında keçirilən danışıqlarda proqres əldə edildiyi, iyulda isə işçi qrupun yaradılması ilə bağlı razılıq olduğu açıqlandı. Elan edilib ki, razılıq Rusiya ilə Gürcüstan arasında ikitərəflidir və İsveçrə şirkəti monitorinq həyata keçirəcək. Bundan sonra Ermənistanın nəqliyyat naziri bəyan etdi ki, danışıqlar tezliklə başa çatacaq və Abxaziyadan keçən dəmir yolu açılacaq. Amma ermənilərin bu arzusu ürəyində qalıb. Çünki xüsusi təmsilçi Abaşidze dərhal erməni nazirin cavabını verib. Gürcüstan baş nazirinin səlahiyyətli nümayəndəsi bəyan edib ki, erməni tərəfinin Abxaziya yolunun açılmasına ümid etməsi üçün heç bir əsas yoxdur. Erməni ekspert Akop Bədəlyan Abaşidezinin bu açıqlamasını İrəvan üçün “soyuq duş” adlandırıb. Bədəlyan qeyd edir ki, Azərbaycan və Türkiyə Rusiya və Gürcüstanda olan təsir rıçaqlarından istifadə edərək bu yolun açılmasına imkan verməyəcəklər. “Çoxmillətli Gürcüstan” təşkilatının rəhbəri Arnold Stepanyan isə “Lragir”ə açıqlamasında bildirib ki, danışıqlarda regional yüklərin daşınması yox, Rusiya ilə Gürcüstan arasında yüklərin daşınması müzakirə edilir: “Rusiya tərəfi Abxaziyanı da danışıqlara qoşmaq istəyir. Amma Gürcüstan buna imkan vermir. Ümumiyyətlə Gürcüstan tərəfi bu məsələnin müzakirəsində maraqlı deyil. Çünki bu dövlətin öz marağı var. Tbilisi qəti şəkildə bildirir ki, Abxaziyanın yük daşınmasına nəzarətə heç bir dəxli olmamalıdır. Bu yanaşma isə abxazlara və ruslar sərf etmir. Ortaq formul tapılmayıb və yaxın müddət üçün də mümkün görünmür”. Erməni ekspert qeyd edib ki, vaxtilə bu məsələnin ortaya atılması Ermənistanı Avrasiya İttifaqına qoşmaq üçün Rusiyanın blefi olub: “Çünki bir addım atılır, bəyanat verilir, amma sonrasında heç bir real adım atılmır. Belə görünür ki, Rusiya bunu Ermənistanı aldatmaq üçün edib. Amma bütün halda Gürcüstanın mövqeyi dəyişməyib. Gürcülər hesab edir ki, yüklərə bütün nəzarət onlarda olmalıdır. Burada siyasi komponent olmadan keçinmək mümkün deyil. Gürcüstan çoxdan Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya salıb. Tərəflər arasında ticarət dövriyyəsi, hətta Avropadan gələn yüklər artır. Ona görə də Rusiya-Gürcüstan-Abxaziya dəhlizini Türkiyə-Gürcüstan-Azərbaycan marşrutuna balans kimi düşünmək perspektivsizdir. Gürcüstandan işğal olunmuş ərazilərdən yol açmağı gözləmək mümkün deyil. Gürcüstan başqa ölkələrin marağı üçün öz marağına zərbə vura bilməz. Ermənistanda bəziləri Abxaziya dəmir yolunu açmadığı üçün Gürcüstanı tənqid edir. Amma anlamaq lazımdır ki, gürcülər Ermənistanın deyil, ilk növbədə özlərinin maraqları haqqında düşünürlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info