Dövlət mükafatları ilə təltif insan əməyinə verilən qiymətin ifadəsidir
Tarix: 18.07.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları çalışdıqları sahələrdə fərqlənərək ölkəmizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib, onlara təşəkkürünü bildirərək deyib: “Ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Bu inkişafda fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. O ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Bunların hər biri Azərbaycanda vardır. Ulu öndərimiz Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda ölkəmizdə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanda milli dövlətçiliyin və inkişafın əsası qoyulmuşdur. Əgər 1969-cu ilə qədər Azərbaycan Sovetlər Birliyinin aqrar əlavəsi kimi tanınırdısa, artıq Ulu Öndərin rəhbərliyi ilə 1970-ci ildən sonra ölkəmiz Sovetlər Birliyinin inkişaf etmiş respublikaları sırasında birinci yeri tutaraq dotasiyasız yaşayan respublikaya çevrilmişdir. Bununla da ölkəmizin gələcək müstəqilliyi üçün əsas yaradılmışdır. Azərbaycanın müstəqillik əldə etdikdən sonra qısa zamanda inkişaf etməsi və müstəqil dövlət kimi yaşaması da Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi tədbirlər nəticəsində mümkün olmuşdur.
Dahi şəxsiyyətin müəyyənləşdirdiyi yol bu gün də ölkəmizdə uğurla davam etdirilir. Ölkə Prezidentinin bu yola sədaqətinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi vardır. Bu gün ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu inkişafın hərəkətverici qüvvəsi dövlətdirsə, onun təminedici qüvvəsi xalqdır. Ölkəmizdə davamlı inkişafın təmin olunması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi həm də dövlət-xalq birliyinin nəticəsidir. Bu inkişafda fərqlənənlərin dövlət mükafatları ilə təltif olunması isə insan əməyinə verilən qiymətin daha bir ifadəsidir”.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Təltif olunanlardan Fazil Ələkbərov, İbrahim Rəsulov, Kəmalə Qurbanova, Rasim Hüseynov, Əli Rzayev, Natiq Əliyev və Turqayə Əliyeva minnətdarlıq edərək deyiblər ki, Naxçıvanda ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində inkişaf təmin edilib. Bu inkişafda pay sahibi olub dövlət mükafatları ilə təltif olunmaq ikiqat şərəfdir. Təltif olunanlar əmin ediblər ki, ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən inkişaf, tərəqqi və sabitlik yoluna bundan sonra da sadiq qalacaq, göstərilən etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info