“Ermənistanın daxili siyasi həyatı “yarımcan” vəziyyətdədir”
Tarix: 18.07.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Hazırda Ermənistan cəmiyyətinin ümumi ruhu ətalət, dəqiq desək, miqrasiya psixologiyası üzərində köklənib. Əhali tərəddüd içindədir. Yaşamaq üçün yollar axtarır. Hazırda, əvvəlki illərdən fərqli olaraq, Ermənistandan köçmək istəyənlərə də böyük problemlər yaradılıb”. Bu fikirlər erməni eksperti Armen Bədəlyana məxsusdur.
Xatırlayıram ki, bir müddət bundan əvvəl erməni deputat Ovanes Markaryanın «Ermənistanın bir çox kəndlərində yalnız icra başçısı ilə arvadı qalıb, ayrı adam yoxdur»-deməsi Ermənistandakı həyatın necə də miskin olduğundan xəbər verir. Bu gün isə ölkədəki vəziyyət, yaşamaq uğrunda mübarizə daha da ağırlaşıb. Ölkədən getmək arzusunda olanların əksəriyyətini narahat edən əsas məsələ Qarabağda müharibənin yenidən başlama ehtimalıdır. Sadə ermənilər bunun onlar üçün yaxşı sonuclanmayacağını dərk edərək, indidən özlərinə gün ağlamağa çalışırlar. Seçki texnologiyaları üzrə siyasi ekspert Armen Bədəlyana görə, ölkədə parlament seçkilərindən sonrakı dövrdən başlayan “yarımcan” və durğun daxili siyasi həyat bu gün də davam etməkdədir. “Tert.am” saytına açıqlama verən Bədəlyanın təbirincə, bu, Ermənistanda sadə xalqa qarşı olan laqeydlik, cəmiyyəti çuğlamış ətalətlə bağlıdır. “Təbii ki, ətalət və miqrant psixologiyası üzərində qurulmuş cəmiyyətin inkişaf fəaliyyəti barədə danışmağa belə, dəyməz”. Ölkənin daxili siyasi arenada daha da inkişaf etdirilməsinin mümkünlüyü barədə danışan siyasi ekspert qarşıdakı payız, xüsusilə də qış aylarında əsas daxili siyasi məsələnin ölkənin baş nazir təyinatı ilə bağlı olduğunu bildirir: “2018-ci ilin aprelinə qədər bütün siyasi gündəm bu məsələ ilə məhdudlaşır”. Ekspert, baş nazir təyinatında elə də böyük intriqaların gözlənilmədiyini, eyni zamanda partiyadaxili fikir ayrılığının istisna olduğunu bildirir: “Bu məsələdə xarici müdaxilə-Moskva və ya Qərbin müdaxiləsi, təbii ki, qaçılmaz olacaq. Lakin Ermənistanda təyin ediləcək baş nazirin kimin nəzarətində olacağı barədə fikir söyləmək o qədər də asan deyil. Bu, kapitalın harada saxlanmasından, bank hesablarının baş nazirin təyin olunması prosesinə cəlb olunmasından asılıdır”. Bədəlyan hesab edir ki, nazir təyinatında ölkənin borcu böyük rol oynayacaq. Erməni ekspert hazırkı məqamda baş nazir təyinatı prosesinin yalnız Moskvadan asılı olacağını istisna edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info