“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın gördüyü işləri yüksək qiymətləndiririk”
Tarix: 18.07.2017 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, görüşdə yük və sərnişin daşımalarının inkişafı üzrə təkliflər, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi, eləcə də müxtəlif layihələrin reallaşması üzrə qarşılıqlı dəstək və digər məsələlər müzakirə edilib.
Söhbət zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin icrası istiqamətində görülən işlərdən danışılıb. C.Qurbanov bildirib ki, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər 8,3 kilometr uzunluğunda birxətli dəmir yolu çəkilib. Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi artıq başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir. Bu istiqamətdə də işlər davam etdirilir.
C.Qurbanov qeyd edib ki, Azərbaycanın və İranın dəmir yolları üzrə müvafiq qurumları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə də imzalanıb. Müqavilə İran ərazisində 1,4 kilometrlik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik 4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını nəzərdə tutur. Müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC 1,4 kilometrlik dəmir yolu xəttini 15 illik, terminalları isə 25 illik müddətə icarəyə götürür.
“Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. O, bu marşruta yük axınının cəlb olunması üçün bütün imkanları səfərbər etməyin vacibliyini bildirib.
O.Belozyorov Azərbaycan və Rusiya dəmir yolları arasında əlaqələrin daha da genişlənməsində, eləcə də dövlətlərarası dəmir yolu nəqliyyatı sahəsində əlaqələndirmə işlərinə və bu sahədə razılaşdırılmış fəaliyyət prinsiplərinin işlənib hazırlanmasındakı töhfələrinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova “Fəxri dəmiryolçu” döş nişanını təqdim edib.
Görüşdə Azərbaycan tərəfinin təklifi ilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin artırılması məqsədilə mərkəzi Bakıda olmaqla Koordinasiya Şurasının yaradılması barədə razılıq əldə olunub. Sonda hər iki qurum arasında “Dəmir yolu ilə beynəlxalq yük daşımalarında məlumatların elektron mübadiləsi haqqında” saziş imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info