Turistləri daha çox müalicəvi bulaqlar cəlb edir
Tarix: 18.07.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Yay fəslində ölkəmizin cənub bölgəsində yerli turistlərlə yanaşı, əcnəbi turistlərin də diqqətini çəkən buranın şəfalı bulaqlarıdır.
AZƏRTAC xəbər verir ki, əsrarəngiz təbiətə malik Masallı rayonunda faydalı minerallarla zəngin onlarla bulaq var. Mütəxəssislər bildirirlər ki, Masallının zəngin minerallarla dolu olan İstisu vannaları bir çox xəstəliyin müalicəsinə müsbət təsir göstərir. Bu istirahət mərkəzlərində revmatizm, oynaq ağrıları və digər xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunurlar.
İstisu “Fatimeyi-Zəhra” şəfa sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdəki Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Burada yerin dərin qatlarından 60 dərəcədən də çox isti halda çıxan su xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən bəri yerli sakinlər bu sudan müalicə kimi istifadə edirlər.
Dincəlmək məqsədi ilə Masallıya üz tutan turistlər söhbət zamanı bildirdilər ki, buraya gəlməkdə məqsədləri həm də şəfalı suyun faydasından bəhrələnməkdir.
Rayonun turizm sektorunda çalışanlar bildirirlər ki, bu il mövsüm gec başlasa da, göstərilən xidmətin səviyyəsi və qiymətlərin aşağı olması nəticəsində turist axını hər gün artır. İstirahət mərkəzlərində dincələn turistlərə bölgə mətbəxinin zəngin yeməkləri ilə yanaşı, dünya mətbəxinin də təamları təklif edilir.
İstirahət mərkəzində 4 nəfərlik ailəvi kottejlər 30, 2 nəfərlik VİP kottejlər isə 20 manatdır. Hovuz, masaj, isti su vannaları, saunalar, turistlərin yüksək səviyyədə istirahətini təmin etmək üçün hər cür şərait var.
Qeyd edək ki, Masallı rayonunda 31 turizm obyekti fəaliyyət göstərir. Onlardan üçü müalicəvi əhəmiyyətlidir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info