Altı ayda Oğuza 5 mindən çox turist gəlib
Tarix: 18.07.2017 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Oğuz rayonu Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindəndir. Son illər rayonda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə nümayəndəsi Ulduz Baxışova bildirib ki, hazırda rayonda 4 turizm istirahət mərkəzi, 6 otel, 20-dən çox ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Otellərdə bir nəfərin bir günlük qalmaq haqqı 30-40 manat, “AFRA” otelində isə 40-60 manat arasında dəyişir. Baş Daşağıl kəndindəki “Saf təbiət”, Xalxal kəndindəki “Qreland”, Xaçmaz kəndindəki “Təpə yeri”, Oğuz şəhərindəki “Oğuz” istirahət mərkəzlərində, həmçinin son illər istifadəyə verilən “Farel”, “Qızılağac”, “Qaynama”, “Oğuz eli”, “Palma” və digər ailəvi istirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Regional idarənin təmsilçisinin dediyinə görə, ötən il Oğuza 15 mindən çox turist gəlib. Cari ilin ötən dövründə isə rayona gələn turistlərin sayı 5 mini ötüb.
Əsrarəngiz təbiəti olan Oğuz rayonu qədim tarixi abidələri ilə də turistlərin diqqətini çəkir. Hazırda rayonda dövlət qeydiyyatına götürülmüş 39 tarix və mədəniyyət abidəsi mövcuddur. Alban məbədləri, sineqoqlar, kurqanlar, Muxas qülləsi, Surxayxan qalası, qədim məscidlər tarixilik baxımından turistlər üçün böyük maraq kəsb edir. Turistlərin abidələrə səyahətini təşkil etmək üçün xüsusi marşrutlar müəyyənləşdirilib.
Rayonda kənd yaşıl turizm növü də getdikcə daha geniş yayılmaqdadır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info